Xəbər
16.02.2021 / 12:17
Azad Rəhimovun səhhəti necədir? - SON DURUM
7652
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun müalicəsi ABŞ-da davam etdirilir.
Valyuta.Az xəbər verir ki, bunu modern.az saytına nazirliyin mətbuat katibi Səmayə Məmmədova nazirin son durumu haqqında danışarkən deyib.
O, nazirlə hər gün əlaqə saxladığını qeyd edib.
"Cənab nazir müalicəsini davam etdirir, nə vaxt gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Gündəlik olaraq hər bir mövzu ilə bağlı naziri məlumatlandırıram, suallarım olduğu halda ona müraciət edirəm və onun tapşırıqları olduqda bizə ünvanlayır",- Səmayə Məmmədova deyib.
Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl onkoloji xəstəliklə əlaqədar ABŞ-dakı klinikalardan birinə yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay