Xəbər
17.01.2025 / 22:41
Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir
63401
Dövlət Gömrük Komitəsi (DGK) "Karmen" şirkətini inzibati məsuliyyətə cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İşə 30 yanvar tarixində Yasamal Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Karmen" şirkəti keçmiş deputat Əsabil Qasımova məxsusdur. O, Milli Məclisin IV çağırış deputatı olub. Həmçinin parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay