"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub
"HACI MİRZƏLİOĞLU" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İşə 30 yanvar tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay