BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7524
  • RUB
    1.6268
  • TRY
    0.0481
  • GBP
    2.0967
62927

Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 

Valyuta.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və *308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, və *308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə Azekspo-7 MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İslamov Emin Qarakişi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Xətai  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Qızılağac LTK” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 1 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Ağakişiyev Elşən Allahverdi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Paralel N” MMC tərəfindən xarici ölkəyə konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 16 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 27,2 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Dəmirov Eldar İrakif oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Son dövrlərin populyar altkoini yeni zirvə axtarışında

“Bank Melli İran-Baku"nun aktivləri 2 milyon manatdan çox azaldı

“Bank Melli İran-Baku"nun aktivləri 2 milyon manatdan çox azaldı

45 milyon manatlıq qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alındı

"Hidro Master" MMC-nin rəhbəri cərimələnib

Pakistan aviaşirkəti Avropaya uçuşları bərpa edib

BP "Shah Deniz Alpha" platformasının işini sualtı boru kəmərindəki problem səbəbindən dayandırıb

Baş nazirdən aylıq vəzifə maaşları ilə bağlı QƏRAR

Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Avstriyanın yeni kansleri vəzifəsinin icrasına başlayıb

İlham Əliyev Küveytin yeni səfirinin etimadnaməsini qəbul edib

Əməliyyat otağında həkimə doğum günü tədbirinə görə 2 000 manatlıq cərimə - RƏSMİ

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib®

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı

Bu ayın pensiyaları ödənildi

Baş nazirin müavinlərinin sayı artdı

Baş nazirin müavinlərinin sayı artdı

İlon Mask X-da istifadəçi qeydiyyatını pullu edəcək - Qiymət açıqlandı

İlon Mask X-da istifadəçi qeydiyyatını pullu edəcək - Qiymət açıqlandı

Britaniyada milyonçu müflis olduğunu elan etdikdən sonra yoxa çıxdı

SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

Prezidentdən İnnovasiyalar Agentliyi ilə bağlı FƏRMAN

Daha bir neçə iş adamına cinayət işi açıldı - İxracdan əldə olunan pulu ölkəyə qaytarmayanlar...

"Hyundai"dan ucuz kompakt elektrik avtomobili

Prezident Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq haqqında Sazişi təsdiq edib

Samir Şərifov nazir vəzifəsindən azad edildi - Yeni vəzifə aldı

Samir Şərifov nazir vəzifəsindən azad edildi - Yeni vəzifə aldı

Sabahın hava proqnozu

Fərdi sahibkarların ticarət dövriyyəsi 26 milyard manatı ötüb

Bakıda 2030-cu ilədək daha 2 metro stansiya tikiləcək

İnflyasiyaya ilə mübarizədə kriptovalyutların rolu - "Top 20"-dən seçsələr…

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin