Xəbər
09.01.2025 / 12:25
Giriş haqqını cədvəldə göstəriləndən baha hesabladı, dövlət qurumu cərimələdi
62846
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Caspian Entertainment Company” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Valyuta.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, əyləncə mərkəzində uşaqlar üçün girişhaqqı qiymət cədvəlində göstərilmiş məbləğdən baha hesablanıb.
Qeyd edək ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq inzibati xətalara dair 48 protokol tərtib edib. Məlumata görə, protokollar 25 hüquqi və 8 fiziki şəxsi əhatə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay