BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
62864

Pərakəndə satışdan topdan satışa keçid zaman sahibkarlar ciddi problemlərlə üzləşir. Çoxları bu keçidi planlaşdırmadan edir. Sonda da deyilir ki, topdan satışa keçdim satışlar istədiyim kimi olmadı. Yəni pərakəndə satışdan topdan satışa keçərkən hansı əsas fərqləri nəzərə almaq lazımdır?

Valyuta.az-a açıqlamasında "SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov bildirib ki, keçid zamanı problemlərin yaranması təbii haldır: “Bunun səbəbi pərakəndə satışa xas yanaşmanın topdan satışda uğur gətirməməsidir. Əsas fərq ondadır ki, pərakəndə satışda biz birbaşa məhsulun son istifadəçisi ilə işləyirik. Məhsulu onlara bəyəndirmək, onların tələblərinə uyğun olduğunu göstərmək və təqdim etmək əsas məqsəddir.

Topdan satış isə tamamilə fərqlidir, çünki burada məhsulu son istifadəçiyə deyil, onu növbəti dəfə satacaq bir şəxsə təqdim edirik. Bu şəxs adətən, iş adamı olur və məhsul onun şəxsi istifadəsi üçün yox, biznes məqsədləri üçün nəzərdə tutulur. Məhsul onun üçün gəlir mənbəyidir. Buna görə də, topdan satışda yanaşmamız fərqli olmalıdır. Məhsulun şəxsi ehtiyaclara necə uyğun olduğunu deyil, onun vasitəsilə necə daha çox gəlir əldə edə biləcəyini izah etməli və bu məsələdə onu inandırmalıyıq”.

“Məhsulu satmaqla iş bitmir...”

A.Qəhrəmanov vurğulayıb ki, müştərilərə sadəcə məhsul satmaqla kifayətlənməməli, onlara bizim məhsullarla və ümumilikdə bizimlə işləməklə daha çox gəlir qazana biləcəkləri yolları göstərməliyik: “Yalnız bu halda topdan satışda uzunmüddətli müştərilər və partnyorlar qazanmaq mümkündür. Topdan satışda fərqli yanaşma tələb olunur. Burada müştərilərə “partnyor” kimi yanaşılır və satış sonrası dəstək xüsusi əhəmiyyət daşıyır. Məhsulu satmaqla iş bitmir, partnyorların məhsulu son istifadəçilərə çatdırmasına da kömək etmək lazımdır. Əgər topdan satış müştəriləri yaxşı gəlir əldə edirsə, onlar bizimlə daha uzun müddət əməkdaşlıq edəcəklər”.

Sonda topdan satış müştəriləri ilə davamlı ünsiyyət qurmağın vacibliyini də qeyd edib: “Onlarla yalnız alış-veriş zamanı yox, mütəmadi olaraq əlaqə saxlanılmalı, onların ehtiyacları öyrənilməli, satışlarının vəziyyəti və ehtiyac duyduqları dəstək müzakirə edilməlidir. Belə yanaşma onların satışlarını artırmaq və daha çox gəlir əldə etmələrinə kömək edəcək. Bu, həm onların, həm də bizim biznesimizin uzunmüddətli uğuruna xidmət edir”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Mərkəzi Bankın sədr müavininə yeni vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin