"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları
2024-cü ildə qızılın qiyməti ilin əvvəlindən etibarən 28%-dən çox artıb və bu qiymətli metal 2023-cü illə müqayisədə orta hesabla 22% daha baha satılıb.
Valyuta.Az xəbər verir ki, bu barədə "Dünya Qızıl Şurası" ("WGC") məlumat verib.
Qızılın qiymətinə təsir edən əsas amillərin proqnozuna əsasən, "WGC" gələn il daha mülayim, lakin müsbət qiymət artımı gözləyir.
"WGC"nin məlumatına görə, qızıl ilin sonuna qədər son on ildən çox müddətdə ən yüksək illik artım göstəricisini nümayiş etdirə bilər və ilin ən yaxşı performans göstərən aktivlərindən biri olaraq qalır.
Təşkilat qeyd edir ki, yüksək faiz dərəcələri və zəif iqtisadi artım kombinasiyası investorlar və istehlakçılara mənfi təsir göstərə bilər.
"WGC"nin 2025-ci il üzrə proqnozuna əsasən, ABŞ "Federal Ehtiyat Sistemi" ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi azaldarsa, ABŞ-da inflyasiya bir qədər yumşalarsa və Avropa mərkəzi bankları faiz dərəcələrini azaltsalar, qızıl 2024-cü ilin sonundakı diapazonda ticarətə davam edə bilər və müəyyən yüksəliş potensialı nümayiş etdirə bilər.
Bakı vaxtı ilə saat 17:38 (GMT ilə 13:38) vəziyyətinə görə, Nyu-York Əmtəə Birjasının ("Comex") bölməsində fevral 2025-ci il üçün qızıl fyuçers müqaviləsinin qiyməti bir unsiya üçün 2,735.8 ABŞ dolları təşkil edir.
"WGC" həmçinin qlobal mərkəzi bankların qızıla olan tələbatının güclü olaraq qaldığını, lakin ilin əvvəlki rekordlarından aşağı səviyyədə bitəcəyini qeyd edir. "Dünya Qızıl Şurası" hesab edir ki, qlobal mərkəzi bankların qızıla güclü tələbatı 2025-ci ildə də davam edəcək. Şuranın fikrincə, qızılın son qiymət dinamikası onun dörd əsas faktordan asılı olan qarşılıqlı təsirinə bağlı olacaq: iqtisadi artım, risk, imkan dəyəri və dinamika.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay