Redaktor
"Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb - MƏHKƏMƏ
Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub "Bank of Baku"nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Valyuta.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, "Bank of Baku"nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində olan "polisin nəzarətinə vermə" qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından həbs edilib.
Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində də "polisin nəzarətinə vermə" qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından həbs edilib.
İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.
Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.
Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.
© Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025