İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Valyuta.az-a bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə video formatda keçirilən iclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin idarəçiliyində olan sənaye zonalarında 2024-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Həmçinin iclas çərçivəsində Agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati–struktur məsələləri müzakirə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay