Xəbər
06.05.2023 / 20:49
İki rəis müavini nöqsanlara görə işdən çıxarıldı
28376
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.
Valyuta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.
Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay