BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
18923

2021-ci il ərzində Azərbaycan manatı ABŞ dollarının indeksini müəyyən edən 4 xarici valyuta qarşısında bahalaşıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan manatının dəyəri avro, İsveç kronu, İsveçrə frankı və yapon yeni qarşısında dəyəri artıb.

Belə ki, yanvar ayının 21-nə olan göstəricilərə əsasən, illik müqayisədə manat avro qarşısında 6,7 faiz, İsveç kronu qarşısında 9,7 faiz, İsveçrə frankı qarşısında 1,9 faiz, 100 yapon yeni ilə nisbətdə 9,1 faiz bahalaşıb.

İllik müqayisədə Azərbaycanın milli pul vahidi Kanada dolları və ingilis funt sterlinqi qarşısında 0,7 faiz ucuzlaşıb.

21 yanvar 2022-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro - 1,9252 AZN;
1 Kanada dolları - 1,3570 AZN;
1 İsveç kronu - 0,1844 AZN;
1 İsveçrə frankı - 1,8567 AZN;
100 Yaponiya yeni - 1,4942 AZN;
1 İngiltərə funt sterlinqi - 2,3109 AZN.

21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro - 2,0623 AZN;
1 Kanada dolları - 1,3474 AZN;
1 İsveç kronu - 0,2042 AZN;
1 İsveçrə frankı - 1,9128 AZN;
100 Yaponiya yeni - 1,6429 AZN;
1 İngiltərə funt sterlinqi - 2,3263 AZN.

Qeyd edək ki, ABŞ dollarının digər valyutalar qarşısında dəyərini göstərən ABŞ dolları indeksi yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir.

21 yanvar 2021-ci il tarixinə nəzərən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları indeksi 6,1 faiz artıb. Yəni, ABŞ dolları digər altı valyutanın orta dəyəri qarşısında bahalaşıb. 21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksi 90,13, 2022-ci ilin eyni dövründə isə 95,64 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin