22.09.2021 / 10:39
Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar
18448
Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Valyuta.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.
B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Ziya İkramlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay