“OBA Market”in külli miqdarda yeyinti aşkar olundu - Administrator həbs olundu
“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Bu barədə Valyuta.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış ibtidai istintaqla Nicat Dadaşovun 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay