Xəbər
30.07.2021 / 12:28
Mərkəzi Bankın proqnozu: Bu il Azərbaycanda illik inflyasiya artacaq
16304
Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə (4%) yaxın olacağı proqnozlaşdırılır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında bildirib.
"Monetar siyasət nəticəsində antiinflyasiya şəraiti qorunur. AMB-nin uçot dərəcəsi ilə bağlı son qərarından sonra 0,5%-lik defilyasiya qeydə alınıb", - o qeyd edib.
E.Rüstəmov dünya bazarında neftin 1 barelinin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb və bu rəqəmin ilin sonuna doğru 65 dollar ola biləcəyini deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay