BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
12007
"Ortaya çıxarılmalıdır ki, bu  heyvanlar cinayət yolu ilə əldə edilən vəsait hesabına alınıb, yoxsa yox”

 

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır. Daha çox çöldə yaşayan və qiymətli heyvan sayılan maralları adətən xüsusi qoruqların ərazisində görmək mümkündür.

Alimpaşa Məmmədovun bu cür fermanı hansı məqsədlə saldığı, marallardan nə üçün istifadə etdiyi məlum deyil. 

Bəs bu maralları dövlət tərəfindən müsadirə edilibmi?

 

Valyuta.az Musavat.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı müvafiq qurumdan rəy almaq mümkün olmayıb. Lakin hüquqşünaslar bildirirlər ki, həmin maralların qanunla müsadirəsi mümkündür.

Məlumdur ki, Azərbaycanda əksər məmurun bağı, villası, çöl sahəsi var. 

Həmin sahələrdə cinayət yolu ilə əldə edilmiş heyvanlar saxlanılırmı? Bunun üçün yoxlamanın aparılması mümkündür?

Bu və ya digər məsələlərlə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bir sıra maraqlı məqamlara toxundu. Ə. Mustafayev bildirdi ki, həmin marallar da şəxsin mülkünə daxildir:

“Bu heyvanlar qiymətli sərvətə aiddir. İstər hansısa antik əşyalar olsun, istərsə də qiymətli heyvanlar, bahalı ağaclar, bunların hamısı dəyərdir. Əgər sübut olunursa ki, bunlar rüşvət, qanunsuz pullarla alınıb, o zaman müsadirə bütün canlı-cansız əşyaların hər birinə aid edilir. Xüsusi olaraq da təbiətin mühafizəsindən məsuliyyət daşıyan qurumların mütəxəssisləri ilə birlikdə yoxlamaları daha geniş formada aparmaq olar. Burada iki yanaşma mövcuddur. Buna həm nadir heyvanlar kimi yaxınlaşılır, həm də cinayət yolu ilə əldə edilən pul vəsaiti hesabına alınan dəyər kimi yanaşılır. Əlbəttə ki, bu, cinayət işinin tərkibində yoxlama, araşdırma predmetidir. Ortaya çıxarılmalıdır ki, bu  heyvanlar cinayət yolu ilə əldə edilən vəsait hesabına alınıb, yoxsa yox. Ola bilər ki, şəxs bunu xaricdən alıb. Yaxud da özü bəsləyib, yetişdirib. Başqa bir variantda isə həmin şəxsin bunu meşədən tutub, gətirməsi də ola bilər. Əgər sonuncu variantdırsa, bu da başqa bir cinayət tərkibi yaradır. Özü yetişdiribsə, saxlamanın özü cinayət əməli sayılmır. Lakin  cinayət yolu ilə əldə edilən əmlak olduğu üçün dəymiş zərərin ödənilməsi məqsədilə müsadirə edilə bilər”.

Hüquqşünas bildirib ki, digər məmurların da əmlakını məhkəmə qərarı ilə yoxlamaq mümkündür:

“İstənilən yoxlama ancaq məhkəmə qərarı ilə aparıla bilər. Bundan ötrü isə hüquqi əsas olmalıdır. Araşdırma, cinayət işi olmalıdır ki, məhkəmə ona icazə versin. Sonradan da məhkəmənin icazəsi alına bilər. Qanunda göstərilir ki, əgər təxirəsalınmaz əməliyyat keçirmək lazımdırsa, öncə əməliyyatı keçirib, sonra məhkəməyə bu barədə məlumat verirsən və təsdiqini alırsan. Lakin hansısa şübhə əsasında kiminsə həyətinə, ərazisinə girib, yoxlama aparmaq qanunsuz sayılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin