05.05.2021 / 13:12
Cari ildə Bakıda əmək haqqının məbləği açıqlanıb
11966
2021-ci ilin yanvar-fevral ayları üzrə Bakı şəhərində orta aylıq əməkhaqqının məbləği açıqlanıb.
Valyuta.az-ın Bakı Statistika İdarəsinin yaydığı hesabata əsasən verdiyi məlumata görə, bu il əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,1 faiz azalaraq 899,7 manat olub.
Xatırladaq ki, martin 16-da Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqlarını 3% azaldığını bildirmişdi. Belə ki, həmin dövrdə əmək haqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 690,9 manat olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay