Xəbər
05.05.2021 / 12:08
"Space" TV-yə yeni rəhbər təyin olunub - FOTO
11958
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.
Ülviyyə Mikayılova yeni təyinatı barədə məlumatı təsdiq edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay