Xəbər
15.04.2021 / 19:36
"Azərbaycan Dəmir Yolları”nın adı daha bir qalmaqalda - Müqaviləyə əməl etmədilər
10884
“Azərbaycan Dəmir Yolları” QSC ilə un şirkəti arasında qalmaqal yaranıb.
Valyuta.Az hit.az-a istinadla xəbər verir ki, qalmaqal daşınma müqaviləsi ilə bağlıdır. Bildirilir ki, QSC “Orxan UN” MMC ilə bağladığı müqaviləyə əməl etməyib.
Nəticədə MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia artıq icraata götürülüb və aprelin 28-nə hazırlıq iclası təyin edilib.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay