Xəbər
15.04.2021 / 12:39
Vətən müharibəsi iştirakçısına vəzifə verildi
10845
Ağstafa rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı olan əməkdaşı yüksək vəzifəyə təyin olunub.
Valyuta.az xəbər verir ki, icra başçısı Seymur Orucov Qədiməliyev Ariz Raquf oğlunu aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edib.
A.Qədiməliyev 2017-ci ilin fevral ayından Ağstafa RİH başçısı aparatının baş mütəxəssis-komendant vəzifəsində işləyib. 44 günlük Vətən müharibəsinin ilk günündən ehtiyatda olan zabit kimi ordu sıralarına qatılıb. Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay