BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
9416

Yerli investisiyalı MMC-lərin 17,3 faizi yeni üsulla qeydə alınıb

2021-ci ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.231.572 vergi ödəyicisinin 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 161.080 vahid (115,1 faiz) artıb ki, bunun da 94,5 faizi fiziki, 5,5 faizi hüquqi şəxslərin hesabınadır. 

Dövlət Vergi Xidmətindən Valyuta.az-a verilən xəbərə görə, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı əsasən kommersiya qurumları hesabına artıb (müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 6,8 faiz artıb).

2021-ci ilin əvvəlindən 1.776-sı yerli investisiyalı olmaqla 1.910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.

Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 faiz artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 faiz azalıb. Bu vergi ödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə əlaqədardır.

2021-ci ilin yanvar və fevral aylarında qeydiyyata alınmış kommersiya qurumlarının 85,1 faizi elektron qaydada müraciət edib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi isə 91,7 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 307 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,3 faiz təşkil edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.115, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 558 vahid təşkil edib. Bu dövrdə fəaliyyəti passivləşmiş (fəaliyyəti dayandırılmış) hüquqi şəxslərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,5 faiz azalıb. 2021-ci ilin iki ayında qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.281 vahid çoxdur.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,3 faizi kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,3 faiz artıb. Hazırda ümumi kommersiya qurumlarının 58,3 faizinin vəziyyəti aktivdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb və hazırda 23.627 təşkil edir.

2021-ci ilin 1 mart tarixinə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir.

2021-ci ilin yanvar-fevral aylarında 134 xarici investisiyalı kommersiya hüquqi şəxsləri qeydiyyata alınıb ki, onların da 32,1 faizi ticarət, 27,6 faizi xidmət, 10,4 faizi tikinti, 29,9 faizi digər sahələrdə fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər

Sürücüləri çaşdıran məsələ: Hansı yola girsəniz cərimələnəcəksiniz? - İZAH

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin