BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41904

2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.522.750 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xitmətindən bildirilib.

Məlumata görə, 2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır.

Yanvar ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb.

Fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 76 faiz təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2024-cü ilin yanvar ayında 73 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 faiz təşkil edib.

Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 faizi Asan imza vasitəsilə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin