BAKU Azərbaycan
11 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.

Valyuta.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən:

istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1 000 ədədinə 31 manatdan 43 manata;

tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz dərəcəsi 1 000 ədədinə 39 manatdan 43 manata;

elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata qədər artırılıb.

Son xəbərlər

Aprelin 13-nə hava proqnozu AÇIQLANDI

“Xanoba” gömrük postunda tikinti işləri davam etdirilir - FOTO

Bakı zooparkı nə vaxt açılacaq?

Azərbaycanda geniş pul kütləsi bu il rekorda çatacaq - BVF

Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək - MİDA

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Türkiyə və Liviya arasında neft-qaz anlaşması

İki sabiq icra başçısının həbs müddəti uzadıldı

Daha 7 sahibkara Rusiyaya pomidor ixracına icazə verildi

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi - "Relax"ın sonu? (FOTO)

"Qeyri-neft ixracı 16% artıb" - Mikayıl Cabbarov

Rusiyanın elektrik enerjisindən imtina...

Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görüldü

Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verdi - Mülk davası

Nazir özünə daha bir müşavir təyin etdi

Azərbaycan martda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

"A-Qrup Sığorta"nın sədri dəyişdi - FOTO

Sahil Babayevin

Sahil Babayevin "sevimlisi" növbəti tenderi uddu - “Nur-SS”lə bağlı müəmma

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. - AÇIQLAMA

Üç bölgədən quş ətinin gətirilməsinə qadağa qoyuldu

Bütün xəbərlər