BAKU Azərbaycan
9.77°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
44955

2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 46.7 faiz artaraq, 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.

"Artımlara gəldikdə, 2023-cü ildə olduğu kimi, yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə, Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb.

Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1.7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31.4 faiz.

Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də, ekonom reyslərin çoxalması da təsir göstərib. Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Wall Street"də bonuslar rekord həddə çatıb

Makron Ukraynaya 2 mlrd. avro dəyərində əlavə yardım ediləcəyini açıqlayıb

Banklara ən çox əmanət yerləşdirilən regionlar

Bankların xalis mənfəəti 28 %-dən çox azalıb

Milyarder 2 aylıq həbs edildi

Azərbaycanın Almaniyaya ixracı 5 dəfə artıb

Gənc Sahibkarlar üçün "Bootcamp" keçiriləcək

Kasıbla varlı arasındakı fərq nədir? - Bill Qeyts açıqlayır

"Yaş maya istehsalçısı"na əlavə 8 milyon manat maya qoyuldu

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

ABŞ-nin yeni rüsumlarından ən çox zərər çəkəcək avtomobil istehsalçıları açıqlandı

Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb olunmur? - AÇIQLAMA

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanda fantastik qiymətə avtomobil satılır

Yanvarda Azərbaycana ən çox hansı yaş qrupunda turist gəlib?

Agentliyin sədrinə yeni müavin təyin edildi

Orenburqdan Bakıya birbaşa reys açılacaq

Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

Hamı evini satıb bu əraziyə köçür - Mənzillər su qiymətinə satılır

Bu videoların baxış sayı artacaq -"Youtube"un yeni qərarı qüvvəyə minir

60 dollarlıq sual -"Binance" qurucusunun kriptolayihəsi istifadəyə verildi

Fevral ayında ən çox satılan avtomobillər – SİYAHI

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Neftimizin qiyməti 76 dolları keçdi

Təhsil tələbə kreditindən ən çox faydalanan 5 universitet - ADLAR

Sürücülərin nəzərinə: Bu yolda cərimələnə bilərsiniz

Tripadvisor üzərindən sifariş alan turizm biznesi satışda - Qiymət 7 min manatdan başlayır

Bitcoin və altcoinlərdə son qiymətlər

Bitcoin və altcoinlərdə son qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin