BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
32245

Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə Avropa ölkələrindən gələnlərin sayında artım müşahidə olunub. Ancaq ərəb ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu azalmanın səbəbi daha çox ərəblərin müxtəlif turizm destinasiyalarına getməsidir. 

Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

O bildirib ki, pandemiyadan sonrakı dövr üçün hələ də bir çox ölkələrdə məhdudiyyətlər davam etdirdi, xüsusilə ərəb ölkələridən Avropaya getməkdə müəyyən məhdudiyyətlər var idi.

“Bu il biz müşahidə etdik ki, bu məhdudiyyətlər demək olar tamamilə aradan qaldırılıb və turist axını artıb. Ümumiyyətlə dünyada turist hərəkətləri daha çox sərbəstləşib. Bu mənada ərəb ölkələrində olan turistlər digər ölkələrə, xüsusilə Avropa ölkələrinə səfərlər ediblər. Misal üçün əvvəllər ərəblər üçün 10 turizm məkanı var idisə, indi 20 məkan var. Yəni, ərəb turistləri yenə də eyni qaydada səyahət ediblər, amma çoğrafi paylaşımda Azərbaycana düşən pay azalıb”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Türkiyənin hotel sisteminin Azərbaycanda yaradılması vacibdir” – Ekspert

Azərbaycanda kitab niyə Türkiyədən baha satılır?

Azərbaycanda kitab niyə Türkiyədən baha satılır?

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

İlham Əliyev Füzulidə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib

450 min mayası olan şirkətin əmlakı bölüşdürüləcək

Şənbə gününün hava proqnozu

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolu bağlıdır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 41 % artıb

Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərin həcminə görə siyahısı

Mərkəzi Bank "PAŞA Sığorta"nın vəzifəli şəxsini cərimələyib

SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

“Unicapital” əvvəlki vəziyyətini bərpa edə bilmir - Dövriyyəsi 51 milyon manat azalıb

ƏDV qəbzləri ölüm saçır: Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Niyə korporativ iş vaxtı gündə 8 saatdır?

Azərbaycan startapı beynəlxalq mükafat qazandı! Asiya bazarına daxil olur

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Azərbaycanın Türkiyədən tütün alışında 3 milyonluq azalma

İş həyatında qadın və kişi arasındakı bəzi fərqlər

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq (XƏBƏRDARLIQ)

Azərbaycanlı turistlər ən çox hansı ölkələrdə pul xərcləyir? – SİYAHI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik? (VİDEO)

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

“Qaqarin” körpüsünün sökülməsi gündəmdə - Səbəblər

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Avro bahalaşdı, rubl ucuzlaşdı - Məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin