BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
13934

Epidemioloji vəziyyət pisləşmədiyi təqdirdə 2021-ci ildə ölkə daxilində turizm məqsədi ilə səfər edən yerli vətəndaşların sayında təxminən 50% artım olacağı proqnozlaşdırılır.

Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azvision.az-a müsahibəsində söyləyib.

Bununla yanaşı, daxili turizm üzrə də məlumatlandırma və maarifləndirmə kampaniyasının aparıldığını söyləyən K.Qasımov əlavə edib ki, bundan sonra daxili turizm bu sektorun dayanıqlı inkişafı istiqamətində aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olacaq.

Bu yay mövsümü üçün də kampaniyanın davam etdiriləcəyini söyləyən Aparat rəhbəri qeyd edib ki, ölkə ərazisində regionlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi haqqında qərar 2021-ci ildə, xüsusi ilə də yay turizm mövsümündə daxili turizm potensialından səmərəli istifadə üçün əlverişli imkanlar yaradır. 

“Məlumdur ki, pandemiya müddətində cənab Prezidentin vətəndaşların sağlamlığını və iqtisadiyyatın dayanıqlılığını qorumaq üçün nümayiş etdirdiyi əzmkarlıq və qətiyyət nəticəsində ölkəmiz virusla mübarizədə bir sıra dünya ölkələrinə nümunə olacaq duruş sərgilədi.

Buna müvafiq olaraq 3-cü əsas fəaliyyət istiqaməti kimi qeyd edə bilərik ki, hazırda bizim də əsas vəzifəmiz turizm sahəsində digər dövlət strukturları ilə birgə epidemioloji təhlükəsizliyin təmin edilməsi üçün qaydalara əməl olunmasına nəzarəti təmin etməkdir. Bu məqsədlə hotellərdə pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə riayət olunması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə monitorinqlər keçiririk”.

O, monitorinqlərin başlıca məqsədinin hotelçilik sənayesini pandemiyanın mənfi təsirlərindən qorumaq olduğunu da diqqətə çatdırıb:

“Monitorinqlər məhz hotellərdə qalan qonaqlar arasında yoluxmaların sayının minimuma endirilməsi, bununla da hotellərin fəaliyyətdə qalması və biznes mühitinin qorunması üçün aparılır.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərən 300-dən çox hoteldə 2020-ci ilin avqustun 24-dən 2021-ci il 31 may tarixinədək 17 325 monitorinq keçirilib və keçirilməkdədir. Bundan əlavə, Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydalarında nəzərdə tutulmuş tələblərin icrası məqsədilə “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı) proqramına uyğun olaraq turizm sənayesinin nümayəndələri üçün məlumatlandırıcı və xəbərdaredici nəşrlər hazırlanıb və paylanılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin