İlon Mask X-da istifadəçi qeydiyyatını pullu edəcək - Qiymət açıqlandı
İlon Maskın X sosial şəbəkəsi (keçmiş "Twitter") istifadəçi qeydiyyatı üçün pul tələb etməyə başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Fortune" şirkətə yaxın mənbələrə istinadən yazıb.
X üçün qeydiyyat hələ də pulsuzdur, lakin medianın məlumatına görə, bu, yaxın aylarda dəyişə bilər. Sosial şəbəkə hesab yaratmaq üçün hər yeni istifadəçidən 8 dollar almaq niyyətindədir. Yeniliyin bütün dünyada 2025-ci ilin fevralında istifadəyə veriləcəyi gözlənilir.
Qeydiyyat üçün ödəniş etməyən istifadəçi başqalarına yazı yaza və ya şərh yaza bilməyəcək - onun yalnız oxu rejiminə çıxışı olacaq. Ödənişli qeydiyyat üçün bonus olaraq istifadəçilərə ayrıca 8 dollara başa gələn aylıq "X Premium" abunəsi veriləcək. O, reklamları silir, quraşdırılmış "Grok" neyron şəbəkəsinin imkanlarını genişləndirir və təsdiqlənmiş şəxsiyyət qutusunu əlavə edir.
X-nin bu addımı saxta hesablar və botlarla mübarizə üçün atdığı qeyd edilir. Yenilik 2023-cü ildən Yeni Zelandiya və Filippində sınaqdan keçirilir, burada istifadəçilər qeydiyyatdan başlayaraq hər il bir dollar ödəməlidirlər, əks halda sosial şəbəkə yalnız oxu rejimində istifadəyə veriləcək.
Bundan əlavə, İlon Mask lentdə nümayiş olunan yazıların dərc olunma tarixi və vaxtını gizlətməyi planlaşdırır. Onun fikrincə, bu, sosial şəbəkənin interfeysini təkmilləşdirəcək və təmizləyəcək.
X nümayəndələri ödənişli qeydiyyatların tətbiqi və nəşr tarixlərinin gizlədilməsi planlarını hələ şərh etməyiblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay