Bu ölkə texnologiya şirkətlərini yerli media məzmunu üçün pul ödəməyə məcbur edəcək
Avstraliya hakimiyyəti böyük texnologiya şirkətlərindən, o cümlədən "Meta" və "Google"dan öz platformalarında milli mediadan xəbər məzmunu yerləşdirmək üçün pul ödəmələrini istəyir.
Valyuta.az xəbər verir ki, müvafiq qanun layihəsini bu gün, dekabrın 12-də maliyyə xidmətləri naziri Stiven Cons və rabitə naziri Mişel Rouland təqdim ediblər.
Sənədə əsasən, Avstraliyada gəliri 160 milyon dolları keçən sosial şəbəkələr və axtarış sistemləri dövlət xəzinəsinə vergi ödəyəcək. Bunun müqabilində onlar Avstraliya mediasından xəbər məzmununu yerləşdirə biləcəklər. Verginin məbləği hələ müəyyən edilməyib. Şirkətlər media qurumları ilə kommersiya müqavilələri bağladıqları və məzmundan istifadəyə görə bilavasitə ödəniş etdikləri təqdirdə vergi ödəməkdən azad ola bilərlər.
Yeni təşəbbüs 2021-ci ildə Avstraliya mediası xəbər məzmununun istifadəsi ilə bağlı qəbul edilmiş qanunu təkmilləşdirəcək. Rabitə naziri Mişel Roulandın qeyd etdiyi kimi, 2021-ci il qanunu da texnoloji şirkətlərdən müqavilələr bağlamağı və xəbərlərin istifadəsi üçün pul ödəməyi tələb edirdi, lakin platformalar "Facebook"un etdiyi kimi Avstraliya xəbərlərini dərc etməkdən imtina edərək bundan yan keçə biliblər.
Xanım Rouland deyib ki, bu, avstraliyalıların maraqlarına uyğun deyil, onların böyük bir hissəsi xəbərlərini almaq üçün rəqəmsal platformalardan istifadə edir: "Biz bunun belə davam etməsini istəyirik".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay