BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32569

ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple” Çinin dövlət qurumlarında “iPhone”nun istifadəsinə qadağa qoyulmasından sonra iki gün içərisində 200 milyard dollar itirib.

Valyuta.az xəbər verir ki, Pekinin xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq planları son vaxtlar sərtləşdirilib. Çin hüdudlarından kənarda həssas məlumat axınını məhdudlaşdırmaq üçün kampaniya aparan hökumət indi “iPhone”lardan istifadəni qadağan edib. Bu vəziyyət ABŞ-ın texnologiya nəhəngi “Apple”ın dəyər itirməsinə səbəb olub. Şirkətin səhmlərinin dəyəri son iki gündə altı faizdən çox ucuzlaşıb.

ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzeti Çində dövlətə bağlı qurum və təşkilatlarda çalışanlara “Apple” şirkətinin “iPhone” model smartfonlarını və digər xarici marka modellərini iş üçün istifadə etməmələri və onları iş yerinə gətirməmələri barədə göstəriş verildiyini iddia edib. Qəzet əsaslandığı mənbələrə istinadən dövlət qulluqçularının son həftələrdə iş yerindəki yığıncaqlarda və mesaj qruplarında bu mövzuda rəhbərlərindən göstərişlər aldığını qeyd edib. Xəbərdə göstərişin nə dərəcədə geniş vüsət almasının bilinmədiyi, hökumətə bağlı bəzi tənzimləyici qurumların əməkdaşlarına da oxşar tapşırıqların verildiyi söylənilib. Bu tədbir Pekin administrasiyasının texnologiyanın xaricdən asılılığını azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün son səylərinin bir hissəsi hesab olunur. Maraqlıdır ki, bu addımlar ABŞ-nin Çin texnologiya şirkəti “Huawei” və sosial media platforması “TikTok”a tətbiq etdiyi oxşar qadağalardan sonra atılıb. ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, “Apple” Çində 22 faizlə smartfon satışında ən böyük paya sahibdir. Şirkət öz smartfonlarının əhəmiyyətli bir hissəsini subpodratçılar vasitəsilə Çində istehsal edir və gəlirinin 19 faizini məhz bu ölkənin bazarından qazanır.

“Bank of America” hesab edir ki, Çin “Apple”ın illik “iPhone” satışlarının 50 milyonunu təşkil edir və belə bir qadağa sözügedən şirkətə ildə 5-10 milyona  başa gələ bilər.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin