BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
22111

Türkiyə kibertəhlükəsizlik məhsullarının istehsalında Azərbaycana dəstək göstərmək istəyir.

Bunu “Report”a açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin müşaviri Alpaslan Kəsici deyib.

Onun sözlərinə görə, azərbaycanlı qardaşlarımıza 44-günlük Vətən müharibəsində dəstək göstərdik: “Eyni şəkildə, kibertəhlükəsizlik məhsullarının istehsalında da dəstək göstərmək istəyirik. Kibertəhlükəsizlik istiqamətində xarici məhsulların istifadəsinin yerinə alternativ olaraq azərbaycanlı gənclərlə birlikdə inkişaf etdirdiyimiz məhsulları istifadə edəcəyik. Bir neçə ilə bu məhsulların istifadəsi mümkün olacaq”.

O vurğulayıb ki, bununla yanaşı, türk mühəndisləri tərəfindən istehsal edilən kibertəhlükəsizlik məhsullarını Azərbaycanın dövlət qurumlarında, fərqli sektorlarda istifadəsini yaymaqdır: “Çünki kibertəhlükəsizlik dövrümüzün ən önəmli təhlükələrindən biridir. Müharibələr aparıldığı kimi artıq kiber məkan da bir müharibə meydanıdır. Bu müharibə məkanında Türkiyə olaraq özümüzü qoruduğumuz kimi dost, qardaş ölkə Azərbaycanı da qorumaq istəyirik. Bunu isə inkişaf etdirdiyimiz məhsullarla həyata keçirə bilərik. Ən yaxşı kiber müdafiə dövlətin özünün istehsal etdiyi məhsullarla olur. Kibertəhlükəsizlik sahəsində məhsulların yerli və milli olması vacibdir. İkincisi, Azərbaycanda bir sıra gənc nəsil - məktəblilər və tələbələr var. Onlar kibertəhlükəsizliklə maraqlanırlar. Onlara da hər cür təlim-tədris dəstəyi vermək istəyirik. Hələ ki, bu işə yeni başlamışıq, bunu daha da artıracağıq”.

A.Kəsici deyib ki, Azərbaycanın kibertəhlükəsizlik üzrə əsgərlərinin olması vacibdir: “Bizim təhsil verdiyimiz gənclər bu istiqamətə çox maraq göstərirlər. Azərbaycanla birlikdə layihələr inkişaf etdirəcəyik. Bizim təhsilimiz həmçinin distant həyata keçirilir. Azərbaycanda təhsil düşərgələri təşkil edəcəyik. Türkiyədə “bootcamp”lər həyata keçirəcəyik. Burda seçilmiş uşaqları da Türkiyəyə dəvət edəcəyik. Hazırda bizim kibertəhlükəsizlik üzrə 300 məhsulumuz var. Bizim bir məhsul xəritəmiz var”.

O əlavə edib ki, Azərbaycanda Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşürük: “Hazırda bu qurumların kibertəhlükəsizlik məhsullarına olan ehtiyaclarını Türkiyədə istehsalı olan məhsullarla ödəməyi təklif edirik”.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər

Sürücüləri çaşdıran məsələ: Hansı yola girsəniz cərimələnəcəksiniz? - İZAH

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin