BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
21637

Smartfonlar həyatımızın əvəzolunmaz köməkçiləri olmağa davam edir. Hər gün yenilənən texnologiyalar sayəsində güclü seqmentli markalarla orta seqmentli markalar arasındakı fərqlər dəyişir.

Valyuta.az Trend-ə istindən xəbər verir ki, istədiyiniz keyfiyyət və xüsusiyyətlərə malik telefonları daha sərfəli qiymətlərlə əldə etmək üçün almamışdan əvvəl məhsul müqayisəsi aparmağınız məsləhət görülür. Telefon alarkən yoxlamalı olacağınız bir neçə məsələlər haqqında danışacağıq.

Telefon hansı məqsəd üçün istifadə ediləcək

Telefon almazdan öncə ilk növbədə hansı məqsəd üçün istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. İş məqsədləri üçün istifadə etmək, foto və video çəkmək və ya nə qədər tez-tez oyun oynamağınızdan asılı olaraq, alacağınız telefonun minimum xüsusiyyətlərini müəyyən edə bilərsiniz.

Məsələn, iş məqsədləri üçün qeydlər aparmaq və onlayn video görüşlər keçirmək üçün böyük ekranlı telefona üstünlük verə bilsəniz də, sosial media istifadəsi, tez-tez foto və video çəkiliş üçün ön və arxa kamera xüsusiyyətləri ön plana çıxır. Oyunsevərlər ekrana və telefonun sürətinə görə seçim etməyi düşünəcəklər.

Büdcə

Telefon seçimində ən vacib məsələlərdən biri büdcədir. Büdcənizə uyğun olaraq hansı xüsusiyyətli telefonu əldə edə biləcəyinizi hərtərəfli araşdırmalısız. Əgər brend telefon həvəskarı deyilsinizsə, büdcənizə uyğun telefonlardan birini seçə bilərsiniz.

Ekran

Ekran ölçüsü seçimi vacib məsələdir. Əgər siz oyun həvəskarısınızsa, yüksək video axını sürəti, ekran ayırdetmə qabiliyyəti və geniş ekranı olan bir telefonla oynadığınız zaman oyundan gözləntiniz maksimuma çatacaq.

Kamera

Süni intellektlə inteqrasiya olunmuş yüksək keyfiyyətli kamera həlləri və təsvir sistemləri sayəsində rəqəmsal fotoqrafiya texnologiyası əl ilə işləyən DSLR kameraları ilə müqayisə olunmaz hala gəldi.

Video, qısa video, şəkilçəkmə, yüksək keyfiyyətli foto, "gecə", "portret", "mənzərə" və peşəkar çəkiliş seçimləri və 3-4 ayrı kamera inteqrasiyası ilə bütün smartfonlar bir-biri ilə şiddətli rəqabətdədir.

RAM

RAM (ing.Təsadüfi Giriş Yaddaş) təsadüfi giriş yaddaşı deməkdir. RAM bir smartfonun sürətinə birbaşa təsir edir. Əgər siz yüksək keyfiyyətli video və sənədlərlə işləyirsinizsə və ya uzun illərdir telefondan istifadə edirsinizsə, yüksək operativ yaddaşa malik model seçmək yaxşı olar.

Daxili Yaddaş

Telefon alarkən daxili yaddaşa önəm verməyiniz məsləhət görülür. Ona görə ki telefonun əməliyyat sistemi və proqramlar gündən-günə yenilənir və həcmləri artır. Bu da telefonunuzda boş yerin az olmağına gətirib çıxara bilər.

Batareya

Batareya tutumu telefon alarkən nəzərə alınmalı olan ən əsas xüsusiyyətlərdən biridir. Davamlı enerji doldurmaqdan yorulmusunuzsa, batareyanın ömrü daha vacib olur. Yüksək batareya tutumu və sürətli doldurma xüsusiyyəti ən vacib meyarlardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin