BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
21468
İlqar Ramazanlı: "Cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?”
 
Öyrənməyin, peşəkarlığın insanın özündən asılı olduğuna inanır. Düşünür ki, insan səy göstərsə, səhvlərini analiz edib nəticə çıxararaq davam etsə, mütləq alınacaq. Ona görə, əgər cansız kompüterlər öyrənə bilirsə, dərrakəsi olan insan niyə bacarmasın? Müsahibimiz "Facebook”da  süni intellekt texnologiyaları üzrə tədqiqatçı kimi çalışan İlqar Ramazanlıdır. 1992-ci ildə Bakıda anadan olub. Anası pediatr həkim, atası fizika elmləri mütəxəssisi və nanotexnologiya üzrə professor olub. Uşaqlıqdan riyazi və məntiqi düşüncəsi ilə yaşıdlarından seçilib. Onun bu istedadını ilk dəfə atası kəşf edib. Elə bu kəşf karyera yolunda ən böyük cığırı açıb.
 
"Çətin həlli çətin olan məsələlərə həmişə marağım olub”
 
- Ümumiyyətlə, həlli çətin olan məsələlərə həmişə marağım olub. Uşaqlıqdan həll edə bilmədiyim və cavabı barədə heç bir ideyam olmadığı suallar üzərində işləməyi çox sevmişəm. Məhz bu marağıma görə atam məni Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat professoru ilə tanış etdi. Onun köməyi ilə 9-cu sinifdə riyaziyyat sahəsində məktəb proqramını tam, universitet proqramının isə bir hissəsini sürətli şəkildə başa çatdırdım. Bununla yanaşı, o vaxt Bakı Özəl Türk Liseyinin kiçik qrupdan ibarət beynəlxalq olimpiada hazırlıq bölməsi var idi. Hər yay orada dostlarım ilə həll edə bilmədiyimiz çətin məsələlər üzərində baş sındırırdıq. Beləliklə, analiz və dərin düşüncə qabiliyyətimizi inkişaf etdirirdik. Hətta çox vaxt suallar üzərində bir neçə gün düşünüb bir ideya tapmadan sualı tərk etmək məcburiyyətində qalırdıq. Amma əsas olan düşünmək idi.
 
- Bu gün uğurlu olma səbəbiniz valideyn istiqamətləndirməsidirmi?
- Uşağın bacarığının ortaya çıxarılmasında valideyn rolu 95 faizdir. Düzdür, əziyyəti uşaq çəkir. Amma istiqamət mütləq olmalıdır. Bir valideyn səhv istiqamətləndirib övladının həyatını məhv də edər, çox xırda istiqamətlənmə ilə müsbətə doğru dəyişə də bilər. Atam məni vaxtında düzgün istiqamətləndirməsəydi, böyük ehtimal ki, istedadım olmayan sahələrə gecə-gündüzümü sərf edib, uğursuz olacaqdım.
 
"Tədqiqat sahəmi süni intellektə yönəltdim”
 
- Beynəlxalq olimpiadalarda qalibiyyətləriniz də var. Üstəlik, olimpiadaya şagird də hazırlamısınız.
- Bəli. Uşaqlıqda ən çox sevdiyim fəaliyyət olimpiadalar ilə məşğul olmaq idi. Bir çox beynəlxalq və yerli olimpiadalarda qalibiyyətlərim olub. Məktəbi bitirdikdən sonra məktəblərarası beynəlxalq olimpiadalara qatılan şagirdləri də hazırlamağı sevmişəm. Bu şagirdlərin əksəriyyəti qalib olub.
 
- Türkiyə, İsveçrə və Amerikada kompüter və riyaziyyat sahəsində təhsilinizi davam etdirmisiniz. Daha sonra ixtisasınızı süni intellektə yönləndirdiniz. Bu necə baş verdi?
- Orta Doğu Teknik Universitetində (ODTU) kompüter mühəndisliyi oxuyurdum. Daha sonra ikinci ixtisas kimi riyaziyyatı seçdim. ODTU-də çox maraqlı 4 il keçirdim. Bundan sonra magistraturada təhsil almaq üçün İsveçrə Federal Texniki Universitetinin Lozanna (EPFL) şəhərindəki bölməsinə yönəldim. Burada dünya riyaziyyat və kompüter elmləri sahəsində iz qoyan bir çox görkəmli professor tanıdım və onlardan dərs almaq şərəfinə nail oldum. Məşhur professor Janos Pach ilə daha yaxından işləyib, onun referansı ilə Amerikada Karneqi Mellon Universitetinə doktoranturaya qəbul oldum. Bu universitet kompüter elmləri, süni intellekt və dram məktəbi sahəsində dünyaca məşhurdur. Doktorantura oxuduğum illərdə dünyada süni intellekt sahəsində böyük sıçrayış baş verirdi. Bu, məni də maraqlandırdı və tədqiqat sahəmi süni intellektə yönəltdim.
 
"Google” şirkətində təcrübə keçdim”
 
- "Google”da təcrübə keçmisiniz. "Google” ilə yolunuz necə kəsişdi?
- Doktoranturada oxuyarkən 2-ci ili bitirdikdən sonra "Google” şirkətində təcrübə keçdim. İlk dəfə orada gördüm ki, sənayedə tədqiqat sahəsində necə layihələr üzərində işləyirlər. Demək olar ki, orada nəzəriyyə ilə məşğul olan yoxdur. Üstəlik, bir çox insan maşın öyrənilməsi və süni intellekt üzərində işləyirdi. Universitetə qayıtdıqdan sonra mən də tədqiqat sahəmi nəzəri maşın öyrənilməsi və süni intellekt alqoritmləri sahəsinə dəyişdirdim. Hazırda "Facebook”un  Nyu-York ofisində tədqiqatçı işləyirəm.
 
- İşinizin xüsusiyyətləri nədir?
- "Facebook” və "İnstaqram”ın əsas gəlir mənbəyi reklamlardır. Bu proqramların milyardlarla istifadəçisi var. Hər istifadəçinin hansı reklamı görməsi avtomatlaşdırılmaq məcburiyyətindədir. Bu avtomatlaşdırma mürəkkəb alqoritm vasitəsilə olur. Onun dizaynında isə yüzlərlə elmi işçi işləyir. Alqoritmin təxmini illik dövriyyəsi 100 milyarddan artıqdır. O qrupda bizim hər birimizin işi ondan ibarətdir ki, alqoritmi daha dəqiq hesablayaq. Bəzən "instaqram”da və "facebook”da sizə aid olmayan reklamlar görürsünüz. Onların aradan qaldırılması və insanların diqqətinə, marağına uyğun reklamların qarşısına çıxmasını təmin etməyə çalışırıq. Kənardan sadə reklam kimi görünsə də, bu çox çətin süni intellekt məsələsidir. Eyni məntiqi bir çox sahələrə tətbiq etmək mümkündür. Yəni bu alqoritmlər tək reklamla əlaqəli deyil. 
 
"Sosial şəbəkələrdə reklamlar bunun nəticəsində qarşımıza çıxır”
 
- Sosial şəbəkələrdə bir çox hallarda istifadəçi hansısa məhsul haqqında düşünürsə, qarşısına çıxır. Bu, necə baş verir?
- Bəzi insanlar düşünür ki, onları dinləyirlər. Texnologiyanın hələ ki belə gücü yoxdur. Bunu bilmək üçün bir addım gerini düşünməliyik. Nəyisə haradasa gördükdən və ya kiminləsə o barədə danışdıqdan sonra düşünürük. Çox vaxt ünsiyyət qurduğumuz insanlar bu barədə artıq internetdə axtarış vermiş olurlar. Reklamlar bunun nəticəsində qarşımıza çıxır.
 
- "Google” və "facebook”un iş prinsiplərindən danışardınız.
- Ən əsası, kimin nə geyindiyi, kimin işə nə vaxt gəldiyi heç kimə maraqlı deyil. İstəyən istədiyi saatda gəlir, istədiyi saatda gedir. Şirkətə maraqlı olan verilən tapşırıqları yerinə yetirməkdir. Bu kənardan bəzən çox rahat və rəngarəng görünsə də, əslində, işçinin üzərinə qoyulan çox böyük məsuliyyətdir. 
 
"Süni intellekti öyrənmək üçün "Facebook” ən yaxşı yerdir”
 
- "Facebook” sizin üçün zirvədir, yoxsa hələ yolunuz var?
- İşimi çox bəyənirəm. Süni intellekti öyrənmək üçün "Facebook” ən yaxşı yerdir. Dünya daim dəyişir və inkişaf edir. Hər bir şirkət, universitet bu dinamizmin bir parçasıdır. Ona görə də bu fəaliyyətlər axıntısında heç bir ünvanı zirvə adlandırmıram.
 
- Bir insanın əgər istəyərsə, hər şeyi bacaracağına inanırsınız. Bəs burada şans rol oynayırmı?
- Şans rol oynayır. Mənim şansım ailəm idi. Amma öyrənmək insanın özündən asılıdır. Apardığımız tədqiqat ilə cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?  Əlbəttə, istədiyimiz hər şeyi əldə etməyəcəyik. Bəzən həyat istiqamətimizi bizdən asılı olmadan dəyişir. Yeni vəziyyətə tez adaptasiya olub, qaldığımız yerdən davam etməyi bacarmalıyıq.
 
Mənbə: "Kaspi" qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin