FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Redaktor

12.12.2024 18:04
327

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji  İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.Az-ın məlumatına görə, şirkət İnstitutun komputer və periferiya qurğularının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İnstitutu şirkətdən 75 012,6 manat dəyərində masaüstü kompüter, monitor, klaviatura, siçan dəsti və çoxfunksiyalı printer almağı planlaşdırır. 

"Qafqaznet" şirkəti FHN və ona tabeli qurumların İKT məhsulları ilə bağlı keçirdiyi tenderlərin əvəzolunmaz qalibidir. Bu da səbəbsiz deyil. Çünki şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Mediada nazirin biznesi barədə dərc edilən araşdırma materiallarında da "Qafqaznet"in adına rast gəlinir. Bu iddialar indiyə qədər təkzib olunmayıb. 

Şirkət 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. "Qafqaznet"in  hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. 

Şirkət bundan əvvəl Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatda olub. Daha əvvəl isə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşib. Bu ünvanda "Mirvari Park Residence" MMC, "Capital Tovvers Residence" MMC, "Babək residence" MMC, "Fobos Palaza" MMC və başqa bir neçə şirkət qeydiyyatdadır. 

"Qafqaznet" MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur. O, cari ilin aprel ayından şirkəti təmsil edir. Xəyal Əhmədovdan əvvəl şirkətin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğlu olub. 

Adil Cəfərov eyni zamanda "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Qafqaznet"in əvvəlki bundan əvvəlki hüquqi ünvanında, yəni,  Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatdadır. 

"Qafqaznet" şirkəti təkcə 2024-cü ildə FHN-nə tabeli qurumlarla ilə 9 satınalma müqaviləsi imzalayıb.

© Qaynarinfo

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...