Tenderlər
16.05.2024 / 16:57
Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi
48272
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “HIGHTECH SERVICES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Nazirliklə şirkət arasında müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi ilə bağlı 588.980 AZN-lik müqavilə bağlanacaq.
Məlumat üçün bildirək ki, şirkətə ödəniləcək məbləğlə ehtimal olunan məbləğ arasında 10 min manat fərq var. Belə ki, ehtimal olunan rəqəm dövlət satınalmaları vahid internet portalında 598.729,21 AZN göstərilib.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay