BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
43268

Bakı Dövlət Universiteti (BDU) 952 092,43 AZN dəyərində invertar və “müxtəlif” mallar alır. 

Valyuta.az xəbər verir ki, BDU bununla bağlı “Koneks Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

“Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.

“Koneks Construction” MMC dövlət satınalmalarında fəal iştirak edir və adətən iri məbləğli tenderlərin qalibi seçilir. 

Şirkətin əsas fəaliyyəti təmir-tikinti sahəsini əhatə edir. Bu, “Koneks Construction” MMC-nin qalib gəldiyi tenderlərdən də görünür. 

Məsələn, fevralın əvvəlində dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatdan aydın olur ki, “Konkes Construction” MMC İqtisad Universitetinin Zaqatala filialının yataqxana və idman binasının əsaslı təmir işlərinin satınalınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.. 
Şirkətin təklifi 4 224 357,88 AZN olub. 

Ötən ilin dekabrınd yerləşidirlən məlumatda isə şirkətin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhəri ərazisində səkilərdə təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderdə qalib gəlib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 287 541,23 AZN-dir.

Dekabr ayında yerləşdirilən başqa bir məlumat isə şirkətin Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhəllədaxili yollarda təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi müsabiqədə qalib seçilib. Şirkətin təklifi 387 165,87 AZN olub. 

“Koneks Construction” MMC-nin təmir və tikinti işləri ilə əlaqədar keçirilən tenderlərdə qalib gəlməsinə dair onlarla belə fakt var. 
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmədiyindən onun maddi-texniki bazası ilə bağlı bir söz demək mümkün deyil. Şirkətin heç əlaqə nömrəsi və veb-səhifəsi də yoxdur. 

Hüseyn
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin