Deputata məxsus olduğu deyilən şirkətə 5 milyonluq sifariş
Milli Onkologiya Mərkəzi şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, ənənəvi olaraq MOM-un budəfəki tenderinin də qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 220 999,68 AZN-dir.
“Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Mediada gedən və təkzib olunmayan məlumatlara görə, şirkətin sahibi deputat Kəmaləddin Qafarovdur.
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində çalışıb.
“Azəri Med” QSC-nin MOM-un tenderlərində qalib seçilməsinin sirri bununla izah edilir.
Cari ilin noyabr ayında şirkət MOM-un tibbi və digər avadanlıqların satın alınması ilə bağlı tenderinin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 998 344,16 AZN olub.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay