Milli Kitabxana əməkdaşları üçün yarım milyonluq texniki ləvazimat alır
M.F.Axundov adına Milli Kitabxana “Everest-2022” MMC ilə 522.509,9 AZN dəyərində satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Milli Kitabxanın əməkdaşlarının xidməti istifadəsi üçün lazim olan texniki ləvazimatlarının satın alınması ilə bağlı tenderin qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
“Everest-2022” MMC bundan əvvəl Bakı Dövlət Universitetinin 1 402 369,66 manatlıq tenderinin qalibi olmuşdu.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay