BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43249

Martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək və imtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

Martın 3-də keçiriləcək imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin