Təhsil
19.05.2023 / 11:46
Maksimum bal toplayan yeganə məktəbli bu yüksək vəzifəli şəxsin qardaşı oğludur (FOTO)
28650
Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.
Manset.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur. Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası ali təhsillidir, hazırda evdar xanımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay