Statistika
12.12.2024 / 15:47
Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi
61308
Cari ilin noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 881 min 700 nəfəri dövlət sektorunda, 891 min 600 nəfər isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Bununla yanaşı, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. Bu, ötən dövrə nisbətən (yanvar-sentyabr) 20 qəpik azdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay