BAKU Azərbaycan
31.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8253
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1675
48580

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqadər müzakirələr getməkdədir. Hər iki məsələ ilə bağlı xəbər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planına istinadən yayılıb. 

Bəs bu tədbirlərin mahiyyəti nədir və yaxın müddətdə əməkhaqlarında artım mümkündürmü?

Əvvəlcə ondan başlayaq ki, adıçəkilən Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Nazirlik, eyni zamanda, noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini də təqdim etməlidir. 

“Qafqazinfo”nun məlumatına görə, aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ölkənin beynəlxalq reytinqlərdəki mövqeyindən irəli gəlir. Belə ki, İqtisadi Azadlıq İndeksinin Əməyin azadlığı indikatoru 9 kəmiyyət alt faktoru əsasında hesablanır ki, bunlardan biri də minimum əməkhaqqıdır. Bu baxımdan aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi onun hesablanma metodologiyasına dəyişikliyi nəzərdə tutur. 

Minimum əməkhaqqı ölkə başçısının müvafiq sərəncamı ilə artırılır. Minimum əməkhaqqının nə qədər artırılacağına gəlincə, sonuncu dəfə ötən ilin əvvəlində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bunu 2022-ci ildəki 13,9 faizlik inflyasiyaya cavab tədbiri kimi də qiymətləndirmək olar. Hərçənd ki, 2023-cü ilin sonuna inflyasiya 8,8 faiz olsa da, cari ildə minimum əməkhaqqı göstəricisi dəyişməyib. Bu baxımdan minimum əməkhaqqının artırılması ilə bağlı sözügedən təkliflərin 2025-cü ildə artımla nəticələnəcəyini gözləyənlər az deyil.  

Lakin o da məlumdur ki, hazırda rəsmi statistikaya görə, inflyasiya minimuma enib, hətta aprel ayında illik göstərici 0 faiz təşkil edib. Həmçinin əvvəlki illərin göstəriciləri onu deməyə əsas verir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışan hər iki nəfərdən birinin maaşının məbləğinə təsir edir. Bu da artım üçün kifayət qədər vəsaitin tələb olunmasından xəbər verir. 

Ümumilikdə isə minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işçiyə minimum əməkhaqqı məbləğindən aşağı məvacib verilə bilməz. Burada söhbət ixtisassız əmək və xidmətə görə əməkhaqqından gedir. İxtisaslı əməyə görə, yəni mütəxəssis üçün isə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz.

Minimum əməkhaqqının artırılması ən əsası Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilər də bu sıraya aiddir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Ən yüksək əməkhaqqı isə 19-cu dərəcə üzrə ödənilməklə 1125 manatdır. 

Minimum əməkhaqqının artması muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir üzrə məcburi dövlət sosial sığorta haqlarına da təsir edir. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqına uyğun ödənilir. Məsələn, paytaxtda sahibkarlıq fəaliyyəti üzrə bu göstərici minimum əməkhaqqının 50 faizi,  digər sahələrdə isə 25 faizidir. Nəticədə minimum əməkhaqqının artması bu sahədə dövlət sosial sığorta haqlarının da artacağı deməkdir.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qırmızı” bankirin qara taleyi – onu terrora cəhddə ittiham edərək güllələyiblər 

G7 ölkələri milyardlar itirə bilərlər

Sabah hava necə olacaq?

İlk dəfə işə düzələn şəxslərə birdəfəlik müavinətin verilməsi

Rayonlarda hotellər boş qalıb

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub

Xaçmaz gilasının 80-90 faizi Rusiya bazarlarına göndərilir 

Mikayıl Cabbarov Qurban bayramı ilə bağlı paylaşım edib

"Android"də smartfonları oğurluqdan qorumaq üçün yeni funksiya

Ermənistan maliyyə uçurumunun astanasında: Nikolun ucuz dollar siyasəti

“PAŞA Kapital”da təyinat olub

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda hər gün 9 minik avtomobili istehsal olunur

Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb

Azərbaycan əhalisi içki və tütün məlumatlarına 1 milyard manatdan çox pul xərcləyib

Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu

Qurbanlıq heyvanların qiyməti neçəyədir? 

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?

Sel və daşqınlarla bağlı əhaliyə çağırış

Sea Breeze-də daha bir layihədə mənzil satışı açıq elan olundu

Nazirlikdə yeni təyinat

Nazirlikdə yeni təyinat

Bazar gününün hava proqnozu

Rusiyanın ən varlı qadını sadə həyat tərzindən danışdı

Neftimizin qiyməti 84 dolları keçib

DYP bayram günləri ilə bağlı əhaliyə müraciət edib

Onlayn satılan dünyanın ən bahalı avtomobili hansıdır?

Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşasının yekunlaşdırılması planlaşdırılır

Mobil operatorlar beş ayda 500 mln. manata yaxın gəlir əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin