BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.843
  • RUB
    0.0175
  • TRY
    0.0497
  • GBP
    2.2138
50186

2024-cü ilin yanvar-mart aylarında hotel və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub. 2024-cü ilin ilk üç ayında hotellərin ən çox dolu olduğu rayonlar Şabran (45,5 faiz) və Qusardır (41,3 faiz). Bakıda hotellərin doluluq səviyyəsi 30,6, Naftalanda 29,8, Saatlıda 24,8, Sabirabadda 20,8, Beyləqanda 20,4, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən də aşağı olub.

“Güclü turizm infrastrukturu lazımdır”

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rayonlarımızda turizm imkanları o qədər də inkişaf etməyib: “Turizmin yüksəliş mövsümünə hələ yeni addımlayırıq. İlin əvvəlindən bu günə qədər turistimiz az idi. Digər tərəfdən, gələn turistlər regionlara daha az səfər edirlər. Bakı ilə yanaşı, digər regional turizm destinasiyaları da turlara daxil olmalıdır. Regionlarımızın da turizm potensialını artırmalıyıq. Onları inkişaf etdirmək, turizm agentliklərinin sayını artırmaq, hotellərin işinə təkan verməliyik. Bunun üçün regionlarda güclü turizm infrastrukturu lazımdır. Turizm operatorları, tur agentləri, yerləşmə vasitələri, nəqliyyat xidmətləri, ekskursiyalar nəzərdə tutulur. Regionlarda bu komponentlər olan turlar çox azdır. Bir az da pərakəndəlik var”. 

Giriş qapısı tək Bakı olmamalıdır 

S.Dübəndi bildirdi ki, regionlara təşkil olunan turlar da qaneedici deyil: “Bələdçi sayı çox azdır. Bəzi regionlarda ümumiyyətlə bələdçi yoxdur. Ekskursiya üçün müxtəlif həcmli avtobuslardan istifadə olunur. Onlar da Bakıdan gedir. Regionlarda belə bir avtoparkın mövcud olması mümkün deyil. Azərbaycana gələn turistlərin giriş qapısı tək Bakı olmamalıdır. Gəncə, Naxçıvan, Lənkəran hava limanlarından da istifadə olunmalıdır. Gələn turistlər bir neçə gün regionlarda gecələyib sonra Bakıya və digər rayonlarımıza səfərlər edə bilərlər. Bunun üçün də tur agentlikləri, operatorlar çalışmalıdır. Hotellər üçün əlverişli biznes şəraiti yaratmalıyıq”.

“Ekoloji turizm növlərinə diqqət yetirə bilərik”

Sədrin fikrincə, biz hələlik dünyadakı turizm fəaliyyətlərinə o qədər də diqqət yetirmirik. Hər bir regionun özünəməxsus mətbəxindən, təbii və mədəni irs nümunələrindən turizm məqsədləri üçün istifadə edə bilərik: “Həmçinin, yeni turizm məhsulları da yaradarıq. Bunun üçün həm təbii, həm də antropogen resurslardan istifadə etmək olar. Ölkəmizin hər bir guşəsində abidələr mövcuddur. Hətta bəziləri dünya mədəni irs siyahısına daxil edilib. Həmin resursları önə çəkməliyik. COP29-un təbiətin mühafizəsi ilə bağlı tədbir olmasını nəzərə alaraq, ondan sonra daha çox ekoloji turizm növlərinə diqqət yetirə bilərik”.

Rəqəmlər qış turizminə aiddir

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirdi ki, ilk sırada yer alan hotellərə daha çox turist qış aylarında səfər edib: “Qış mövsümündə ölkəmizdə standartlara cavab verən üç qış və yay turizm kompleksi var. Bunlardan biri Qusarda, ikincisi Qəbələdə, üçüncüsü isə Naxçıvandadır. Onlarda kanat xətti, xizək qış idman növlərindən istifadə etmək olur. Xüsusən qış mövsümündə bu bölgələrə səfərlər daha çoxdur. Yaz və yay mövsümündə insanlar daha çox digər regionlara gedirlər”. 

“İnsanların əksəriyyəti keyfiyyət istəyir” 

Ə.Şiriyevin fikrincə, rayon hotellərinin əksəriyyəti insanların istəklərini qarşılamır: “Hotellərin sayının çox olması və beş ulduz standartlarının az olmasını görürük. Əgər bu hotellərin rəqibləri olsa, həm qiymət siyasətinə təsir edəcək, həm də daha çox qonaqların gəlməsinə səbəb olacaq. Çünki insanların əksəriyyəti keyfiyyət istəyir. Bir çox qonaqlar qapalı və ya açıq hovuz, fitnes, spa, türk hamamı, yaxud iclas zallarının mövcudluğuna diqqət edirlər. Bəzi hotellər həm biznes, həm də spa yönümlüdürlər. Hər ikisinin olması həm işgüzar görüşlərin keçirilməsi, həm də ailələrin, yaxud gedən komandanın istirahəti üçün çox önəmlidir”. 

“Toy ənənələrimiz turistlər üçün çox maraqlıdır”

Ekspert düşünür ki, regionlarımızda müxtəlif tədbirlər, festivallar keçirərək onları daha da tanıda bilərik: “Bu gün rayonlarımızın əksəriyyətində hotellərimiz var. Amma həmin hotellərdə qalanlar azdır, gedənlər əsasən şirkət, səhiyyə işçiləri olur və qısamüddətli qalırlar. Regionlarda keçirilən tədbirlərə Göyçayda nar festivalını, Qəbələdə mürəbbə festivalını, Biləsuvarda hind toyuğu festivalını misal göstərmək olar. Digər rayonlarda da bu kimi festivallar daha çox olsa, tədbirlər keçirilsə, turistləri həmin bölgələrə 1-3 günlük cəlb etmək mümkündür. Onlar rayonda qaldıqda hotellərdən də istifadə edəcəklər. İnsanlar yeniliklər, maraqlı tədbirlər istəyirlər. Hər bölgənin özünəməxsus musiqisi, adət-ənənəsi, mətbəxi, incəsənəti var. Təqdimatı olmalıdır ki, orada həm yerli, həm də xarici turistlər iştirak etsin. Bu, həm də mədəniyyətlərin inteqrasiyasıdır. Məsələn, toy ənənələrimiz, yaxud bayram adətlərimiz turistlər üçün çox maraqlıdır. Bunları etsək, rayonlarımıza turistləri daha çox cəlb etmiş olarıq. Bu, həmin regionların tanınmasına, oradakı iaşə obyektləri, hotellər, restoranlar, istirahət mərkəzlərinin inkişafına gətirib çıxarar”. 

Kaspi qəzeti - Zərif Salmanlı  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

Bakıda bəzi yollarda məhdudiyyət tətbiq edilib, sıxlıq yaranıb - SİYAHI

Bu universitetə yeni prorektor təyin edildi

Azərbaycan taxıl idxalını azaldıb - xaricdən buğda asılılığımız bitir?

Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi

Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi

Dünyanın diqqəti Kazana yönəlib - BRİCS sammitində nələr olacaq?

İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri alır

28 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb

Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb

Musa Qasımlı direktor vəzifəsindən azad edildi

Kəskin hava şəraiti ilə əlaqədar müəyyən marşrut xətlərində interval fərqləri yaranıb - RƏSMİ

Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər kəndirlə xilas edildi

“Xalq Bank” və “Premium Bank”ın depozit portfeli kəskin azalıb, digər bankların isə artıb - SİYAHI

“Xalq Bank” və “Premium Bank”ın depozit portfeli kəskin azalıb, digər bankların isə artıb - SİYAHI

ETSN: Yağıntılı hava gün ərzində tədricən kəsiləcək

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Neftimizin qiyməti bahalaşdı

Restoranlarda 20-25 %-lik “servis haqqı” - Bu, nəyə görə müəyyənləşir?

Avro və rubl ucuzlaşdı - Məzənnə

İslahat effekt vermədi: Polietilen torbalar yenə gündəmdə

S&P 500-də ən yüksək dividend verən bu 3 səhmi alaqmı, almayaqmı?

S&P 500-də ən yüksək dividend verən bu 3 səhmi alaqmı, almayaqmı?

Əlilliyi olan şəxslərə kredit verilmir? - AÇIQLAMA

“Qoç Ət” restoranı cərimələnir - Auditdən yayınıb

ABŞ Konqresi Rusiya ilə əlaqəni kəsməyən SLB-nin araşdırılmasını tələb etdi

"Gloria Palace" MTK məhkəmə qarşısında

“Mercedes” AB-dən Çin elektromobillərinə rüsumları gecikdirməyi tələb etdi

Bakının məşhur restoranlar şəbəkəsi "Best model of Azerbaijan"ı məhkəməyə verdi

"Volkswagen" 27 milyon funt-sterlinq cərimə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin