BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
50181

“Böyük Qayıdışa dair Dövlət Proqramının icra olunması Bakının və Sumqayıtın mənzil bazarına təsir edəcək, burada qiymətlərin stabilləşməsinə kömək edəcək”. 

Sfera.az xəbər verir ki, bunu Böyük Qayıdışa dair I Dövlət Proqramının mənzil bazarına təsirlərini şərh edən zaman daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. 

Saytımıza açıqlama verən ekspert qeyd etdi ki, birinci dövlət proqramının icrası 2026-cı ilin sonuna qədər davam edəcək və bu müddətdə 140 min məcburi köçkün öz yurd-yuvalarına qayıdacaq. E.Fərzəliyev bildirdi ki, indiyə qədər bir neçə min məcburi köçkün yurd-yuvalarına qayıdıb. Ekspert qarşıdakı dövrdə qayıdacaq insanların sayının daha da artacağını vurğuladı.

Onun fikrincə, qayıdış prosesinin güclənməsi mənzil bazarında satışa çıxarılan ucuz evlərin sayının artmasına səbəb olacaq ki, bu da qiymətlərə təsir edəcək: “Məcburi köçkünlər üçün tikilən mənzillər ilk dəfə 2021-ci ildə satışa çıxarılıb. Həmin mənzillər bazar qiymətlərindən aşağı qiymətə satışa çıxarıldı. Daha sonra mərhələli şəkildə bu tip ucuz evlərin satışa çıxarılması həyata keçirilib və bu proses davam edir. Satışda ucuz evlərin sayının artması aztəminatlı ailələlərin ev almaq arzularını gerçəkləşdirdi. Çünki həmin evlər həm aşağı qiymətə təklif edilir, həm də uzunmüddətli ipoteka kreditləri ilə satışı həyata keçirilir. Bakıətrafı, eyni zamanda digər şəhərlərdə olan mənzillər də məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqca aşağı qiymətə satışa çıxarılacaq”.

E.Fərzəliyev düşünür ki, Xankəndiyə və digər yaşayış məntəqələrinə qayıdan insanların sayı artdıqca Bakının mənzil bazarında tələb sabitləşəcək:

“Qarabağ Universitetinin açılması tələbələrin bir hissəsini bu əraziyə yönəldəcək və bu, qismən də olsa, Bakının kirayə və mənzil bazarında stabillik yaranmasına kömək edəcək. Bundan başqa, məcburi köçkünlərin öz yurdlarına qayıtması həmin ərazilərdə turizm sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu proses də Bakıya insan axınını mərhələli şəkildə azaldacaq. Paytaxta insan axını azaldıqca burada daşınmaz əmlaka tələb əvvəlki qədər güclü olmayacaq. Bu isə qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər”.

Ekspert onu da bildirdi ki, Bakının mənzil bazarında qiymət artımı artıq dayanıb, bazarda stabillik yaranıb. Onun fikrincə, belə vəziyyət Qarabağ və Şərqi Zəngəzura qayıdışla əlaqədar daha uzun müddət davam edə bilər: “Bakıda mənzil bazarında yüksək qiymət artımları 2023-cü ilin oktyabrına qədər davam edib. Sonrakı aylarda qiymət artımı baş vermədi. Yalnız 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin artması ilə əlaqədar tələb gücləndi və bu, qiymətlərə müəyyən qədər artırıcı təsir göstərdi. Amma hazırda daşınmaz əmlak bazarında çox ciddi sakitçilik hökm sürür, əvvəlki kimi güclü alıcı qüvvəsi yoxdur. 

Bazarda alıcı olmayanda qiymətlər artmır. Qiymət yalnız alıcı kütləsi çox olanda, rəqabət güclənəndə baş verir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin