BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32575

Dərzi sexi açmaq istəyir, amma əlində yetərli vəsait olmur. Sonra eşidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran şəxslərə öz biznesini qurmağa dəstək göstərilir. İşsiz olduğu üçün müraciət edir və bu imkandan yararlanaraq öz işini qurur. Söhbət 3 ildir dərzi sexi olan Mətanət Rüstəmovadan gedir.

Valyuta.az-ın qonağı olan Mətanət Rüstəmova öz təcrübəsini bölüşdü.

- Mətanət xanım, dərzilik işini nə zaman öyrənmisiniz?

- Mən Kürdəmir rayonunun Çöhranlı kəndində doğulmuşam, orada böyümüşəm. Anam dərzidir, onu izlədikcə uşaq yaşlarımdan məndə bu sahəyə maraq yarandı. Sonra ilkin nələrsə etməyə başladım. Yadıma gəlir, 5, ya 6-cı sinifdə oxuyurdum, anamın bəzəkli çantasının üstündəki qaşları söküb özümə dəbdəbəli bir kofta hazırlamışdım. Anam da mənə çox əsəbləşmişdi (Gülür). Belə-belə paltarları kəsib düzəltdim, vaxt keçdi və bu sahəni özümə peşə seçdim.

- Bu gün öz işinizi qurmusunuz, bəs ondan əvvəlki iş həyatınız necə idi?

- Zamanla bu sahədə daha çox şey öyrənməyə başladım. Sonra məşhur modalar evindən birində işlədim. Orada çox yaxşı təcrübə qazandım. Həmin şirkətdə müştərilərlə ünsiyyət, müştəri cəlb edilməsi, səliqə-səhman, kollektiv iş və s. çox şey öyrəndim, püxtələşdim. Pandemiya dövrü gəldi. O zamanlarda işsiz oldum, evdə dərzi xidməti göstərirdim. 80 manatlıq taxtadan tikiş maşınım var idi. Onunla da çox işi görmək olmurdu. Ona görə gəlirim də normal deyildi. Düşünürdüm ki, işimi bilirəm, bu sahədə peşəkar mühitdə olmuşam, bir mərkəz açsam, yaxşı qazanaram. Lakin xərcləri hesablayırdım, görürdüm ki, çox baha başa gəlir. Ona görə, elə evdən hansısa işləri götürüb işləməyə davam edirdim. Bir dəfə mənə sifariş verən bir xanım dedi ki, bəs Məşğulluq Agentliyi işsiz şəxslərə öz işini qurmaq üçün dəstək verir. Müraciət etdim və o dəstəkdən yararlanıb kiçik dərzi seximi açdım.

- Dərzi sexi açmaq üçün nə qədər maliyyə lazım idi ki, özünüz qarşılaya bilmirdiniz?

- Bizdə sırf geyimlərin təmiridir, geyim tikib satmırıq. Təmirlə məşğul olacaq dərzi sexi açmaq üçün təxminən 20 min manat lazım idi.

- O qədər xərc aparan nədir?

- (Gülür) Əslində, çox adama kənardan elə gələ bilər ki, bir dərzi maşını qoyub dərzilik fəaliyyəti ilə məşğul olmaq mümkündür. Onu etmək olar, amma söhbət peşəkar işdən, yaxşı xidmətdən gedirsə, mümkün deyil. Hər tikişin öz maşını var. Əgər siz getdiyiniz dərzinin bir maşını varsa, o sizə təmir zamanı hər tikişi edə bilmir. Nəticədə müştəri narazı olur. Xərclərə gəldikdə, əsas xərc tikiş maşınları, ütü, ütü stolu aparırdı. Tikiş maşınlarının ən ucuzu 650-700 manatdır. Bir az yaxşısını istəsən, daha baha olur. Ütünün ən ucuzu 350 manatdır. 20 min manata yaxın xərcin yarısına dövlət dəstək verdi, yarısı da öz üzərimə düşdü.

- Agentlik sizə hansı köməkliyi etdi, siz özünüz hansı xərcləri qarşıladınız?

- Məşğulluq Agentliyi məni 4 növ tikiş maşını, par ütüsü, maneken, ütü masası ilə təmin etdi. Digər xərcləri isə özüm qarşıladım. Hamısını özüm qarşılamağım real deyildi. İstəsəm də, başlaya bilməzdim.

- Digər xərclər nələrdir?

- Geyimləri təmir edib təhvil vermək üçün bizə lazım olan material çoxdur. Sap, aksesuarlar, düymələr, iynələr, kleylər və s. Bir neçəsinin xərcini izah edim, təsəvvür yaransın. Məsələn, hər parçanı öz iynəsi ilə tikməlisən. 20 manat iynəyə xərcin çıxır. Hansı materialı və hansı formada tikdiyinə bağlı olaraq fərqli ayaqlar lazımdır. Biri 7-9-10 manata olur. İşə başlamaq üçün ilkin olaraq 20 ədəd alsan, 200 manat bu edir. Qayçı 80-100 manata başa gəlir. Bir neçə cür qayçı istifadə edilir. Sapların rəng çeşidini çoxaltmaq və hər qalınlıqda sap almaq üçün də xeyli məbləğ lazım olur. 100 sap varsa, onların da qiyməti 1-20 manat arası dəyişir. Yəni elə sap var ki, 1 manatdır, eləsi var 3, elələri var 19-20 manata alırıq. Xətkeşlər alırıq, ən ucuzu 15-20 manatdan başlayır. Düymə vuran aparatım var. Biz müxtəlif ölçüdə düymə vururuq, ona görə fərqli ölçüdə başlıqlar almalıyıq. Bu kimi xırda görünən, amma xərc olaraq maliyyə tələb edən nüanslar çoxdur.

- Bəs icarə xərci?

- İcarə xərci elədir ki, işini bilirsənsə, müştəri cəlb etməyi bacarırsansa, ayın sonun gəlirinlə ödəyə bilərsən. İşə başlamaq üçün digər xərclər daha çox vacib idi. 

- Agentliyə müraciət etdikdən sonra hansı prosesdən keçdiniz?

- Müraciət etdim, canlı tanışlığa çağırdılar. Müsahibə kimi söhbət oldu. Sonra biznes layihələrlə bağlı bizi dərslərə cəlb etdilər. Ondan sonra avadanlıqlar verildi. Agentliyin öz əməkdaşları gətirib quraşdırıb getdilər.

- Və öz işinizi qurdunuz. İlk vaxtlar necə oldu?

- Mənə görə ikinci can verilməyəcək geyim yoxdur. Müştəri mənə təmir üçün lap ən çətin işi də gətirsə, düşünürəm ki, niyə onun istədiyini etməyi bacarmayım? Geyim deyib keçmirəm, çünki insanlarla ünsiyyətdə olanda, görürsən ki, bir düymənin belə insan üçün xatirəsi ola bilər. Sadə düyməni gətirib deyən var ki, bu düymənin xatirəsi var, geyimdəki düyməni çıxar, onu tik. Yəni insanlar çox həssas yanaşırlar, mən də onlar qədər həssas yanaşmışam. İşimi sevdiyim üçün müştərilərim az-çox var idi. Məkanı açdıqdan sonra da müştəri müştəri gətirməyə başladı. Bizə Məşğulluq Agentliyinin təlimində demişdilər ki, ən gözəl reklam ağızdan-ağıza gəzən reklamdır. Həmin devizi əsas götürərək göstərdiyim xidməti ən yüksək səviyyədə etməyə çalışdım.

- Məsələn, nə edirdiniz?

- Pul aparmayan üsullar var. Yaxşı ütüləmək, xoş ünsiyyət və s. Müştəri geyim gətirirdi, ütü üçün gətirməyib, amma mən onu yaxşı ütüləyib vermişəm. İlk günlər tək işləyirdim, amma çox qısa müddət sonra artıq müştəri artmağa başladı və mən işçi götürməyə məcbur qaldım. Cəmi 2-3 ay tək oldum. 2 nəfər də cəlb etdim. 3 il olacaq ki fəaliyyət göstərirəm, günü-gündən də müştəri bazam artır. 

- Yəni işinizi genişləndirə bilirsiniz...

- Əvvəl sırf geyimlərin təmiri xidməti idi. Zaman keçdikcə tələb artdıqca stol-stul, divan, kreslo üzlüklərinin tikilməsinə də başladıq. Zamanla özüm dəri tikən maşın da aldım. Hazırda isə internet mağaza açmaq fikrim var. Ev heyvanları üçün çantalar tikib onlayn satışını aparmaq istəyirəm. İlk çantaları hazırlamışıq, onu genişləndirmək istəyirik. Balaca döşəkçələr, mütəkkələr, onları da tikib onlayn satışını təşkil etməyi düşünürəm.

- Geyim tikib satılması işinə keçmək fikriniz var?

- Dövlət dəstəyi olarsa, yeni digər tikiş avadanlıqları verilərsə, işi böyütmək istəyərəm. İş genişlənsə, Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslərdən işə götürə bilərəm. Geyim tikilişi üçün daha geniş yerə ehtiyacımız var. Əlavə maşınlar və işçi heyəti lazımdır. İndiki məkan kiçikdir, işçi heyəti də azdır. Geyim tikib satmaq işini bu resursla edə bilmərəm.

- Məşğulluq Agentliyi işinizə nəzarət edir?

- Avadanlıqları verdikdən sonra zaman-zaman gəlib sexdə yoxlamalar aparırdılar, maşınların vəziyyətinə, işləyib-işləmədiyimizə, işimizin gedişatına baxırdılar. Bir ilin tamamında təkrar yoxlama oldu. 3 ay sonra təkrar yoxladılar, sonra artıq avadanlıqları rəsmi olaraq mənə təhvil verdilər. 1 il müddətində o avadanlıqlar dövlətə məxsus olur. Özünü doğrulda bilsən, dövlət onu sənə verir. Əgər gəlib görsə ki, fəaliyyət göstərmirsən, avadanlıqlar orda qalıb, onu sənə vermirlər.

- Bu sahədə öz işini qurmaq gəlirdən əlavə sizə nə verdi?

- Adamın özünə inamı, güvəni artır. Tək işə görə yox, insan olaraq. Mən ayaq üstdə dura bilirəm, mən varam. Məsləhət görərdim ki, özünə, bacarığına güvənən işsiz şəxslər bu addımı atsınlar. Bir çoxları məndən soruşur ki, o dəstəyi almaq üçün kimə pul vermisən? Nə qədər vermisən? Heç kim məndən pul istəməyib, heç kimə də pul verməmişəm. Dövlət özü avadanlıqlarla təmin etdi, mənə biznes dərsləri verdi, mən də başladım. Sadəcə olaraq müraciət edəndən sonra prosesə ciddi yanaşmaq lazımdır. Mən müraciət edəndən sonra agentlik tərəfindən verilən məlumatlara, təlimlərə dırnaqarası yanaşmadım. Dərsə gedirdim, yazırdım, dinləyirdim, öyrənirdim. Təlimin sonunda test verilir, onu cavablandıra bilməlisən. Qulaq asmısansa, nəticə yaxşı olur, keçirsən, sonra avadanlıq verilir. Təlimdə elə adamlar var idi ki, gəlirdi, amma dinləmirdi, formal bir prosedur kimi yanaşırdı. Sonda testdən keçmirdi.

Aygün Asimqızı


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin