BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8386
  • RUB
    0.0174
  • TRY
    0.0496
  • GBP
    2.2094
48249

Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.

Valyuta.az  xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır".

İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

"Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Amerika iqtisadiyyatı nadir yumşaq eniş nailiyyətinə imza atdı

Çinli elektromobil istehsalçısı BYD ilk dəfə gəlirdə “Tesla”nı geridə qoydu

Qara Qarayev yeni klubunda nə qədər qazanacaq?

"Starbucks" məşhur əlavənin ödənişindən imtina etməyə qərar verdi

Trampın ən pis günü: Sərvətindən 1,3 milyard dollar itirdi

"Səba" ilə "Veritas Tranding" arasında alqı-satqı qalmaqalı

Amerikalılar "Halloween" şirniyyatına rekord məbləğ xərcləyəcək - 4 milyard dollar

Amerikalılar "Halloween" şirniyyatına rekord məbləğ xərcləyəcək - 4 milyard dollar

"Az-Pack"a 3,1 milyon vergi borcu yazıldı - Şirkət məhkəməyə üz tutdu

Sabah Səbail rayonunun bəzi ərazilərində qaz olmayacaq

Alimlər buzlanmaya qarşı "əbədi örtük" yaratdı

Shohei Ohtanini unudun: Artıq itlərin də kartları var

"Fərəh-M" inzibati məsuliyyətə cəlb edilib

"Samsung"un yarımkeçirici biznesi batır: Mənfəət 40 faiz azalıb

"Protean Construction" cərimələnə bilər

Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI

Smartfon bazarı pandemiyanın başlanğıcından bəri rekord artım nümayiş etdirib

DİQQƏT! Hakerlər "Android"də banklara gedən zəngləri ələ keçirməyi öyrənib

Əziz Əzizov vəzifəsindən azad edildi

Norveç Ukraynaya 118,4 mln dollar məbləğində yardım ayırıb

Azərbaycandan ən çox ixrac edilən üç məhsul - SİYAHI

Azərbaycandan ən çox ixrac edilən üç məhsul - SİYAHI

"HAVALİNE"a protokol tərtib olunub

Rusiya mallarının Avropadakı əsas alıcısı bəlli oldu

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək

"4MAPS Bilgi Teknolojileri" cərimələndi

Evlidirsə, xərci çoxdur, subaydırsa, ehtiyacı yoxdur - Qanunda əməkhaqqı təyinatı necədir?

Vahid tələbə kartları ilk olaraq bu universitetlərdə veriləcək - RƏSMİ

Euroclear 9 ayda Rusiya aktivlərindən 5,2 milyard avro gəlir əldə edib

Müsbət müştəri rəylərini necə əldə etmək olar?

Rusiyalı milyarder Rusiyadakı bütün aktivlərini satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin