BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
29278

Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir. Amma Azərbaycanda hələ də bu sahədə irəliləyiş yoxdur. Halbuki özəl pensiya fondları vətəndaşa pensiya yaşına çatdıqda, yalnız dövlətdən deyil, özəl pensiya fondlarından da pensiya almağa imkan verir. Bu əsasda isə pensiyaya çıxan şəxs aldığı pensiyanın məbləği də yüksək olur. 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, 2006-cı ildə ölkədə pensiya islahatlarına başlananda, həyata keçirilən layihədə özəl pensiya fondlarının da yaradılması nəzərdə tutulurdu. Amma 2017-ci ildə pensiya qanunvericiliyinə dəyişiklik edildikdən sonra həm pensiya təminatının prinsipi dəyişdi, həm də özəl pensiya fondlarının yaradılmasına gedən yol qapadıldı:

“Özəl pensiya fondlarının fəaliyyət göstərdiyi ölkələrdə pensiyanın ödənilmə prinsipi ölkəmizdə olduğu kimi deyil. Belə ki, Azərbaycanda əmək qabiliyyətli insanlar işləməklə pensiyaçıları saxlayır. Ölkəmizdə dövlət sosial müdafiə fonduna ödənilən sosial sığorta hesabına pensiyaçıların pensiyası təmin edilir. Özəl pensiyaların mövcud olduğu ölkələrdə isə prinsip başqadır. Hər kəs əmək fəaliyyəti dövründə özü üçün şəxsi hesabına pensiya kapitalı yığır. Özəl pensiya fondları həm də dövlət pensiya fondlarına nisbətdə daha səmərəli fəaliyyət göstərir”. 

Ekspertə görə Azərbaycanda əmək bazarının normal şəkildə formalaşmaması da özəl pensiya fondlarının yaradılması yolunda əngəldir:

“İş qabiliyyətli əhalinin 60-70 faizi qeyri-leqal işlə məşğuldursa, deməli onun sosial sığorta fondları ilə əlaqəsi olmur. Özəl pensiyanın fəaliyyəti üçün əmək bazarı da vacibdir. İş yerləri genişləndirilməlidir. Sahibkarlıq fəaliyyəti də genişlənməlidir ki, əmək qabiliyyətli insanların seçim imkanları geniş olsun. Bu problemlər həll olunmadan Azərbaycanda özəl pensiya fondlarının yaranması mümkün deyil”.

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin