BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
29078

“Azərbaycan vətəndaşı piştaxtalara baxdığında qiymətləri görür. Ona görə də inflyasiya ilə əhalinin əməkhaqlarının artımını bir-birinə bağlamamalıyıq”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Asif İbrahimov Milli Məclisin deputatı Əli Məsimlinin “2023-cü ildə əməkhaqqılarının 10 faizlik artımı əhalinin gəlirlərinə təsir etməyəcək, əməkhaqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək” fikirlərini şərh edərkən deyib. 

İqtisadçı bildirir ki, əhalinin, xüsusilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən insanların maaşının 10 faiz artması müsbət addımdır. Lakin bu 10 faizlik artım heç bir halda infilyasiya ilə balans yarada bilməyəcək:

“Dövlət Statistika Komitəsi 8 faizlik inflyasiyadan bəhs etsə də, artıq biz cütrəqəmli inflyasiya həddinə çatmışıq. Azərbaycanda bugünkü inflyasiya 14-15 faizdən çoxdur”.

Asif İbrahimov 10 fazilik artımı müsbət addım kimi qiymətləndirir, lakin bildirir ki, inflyasiyanın baş verməməsi üçün biz səbəbləri müəyyənləşdirməliyik və bunun qarşısını almalıyıq:

“Biz vətəndaşa necə deyə bilərik ki, 12-13 manata aldığın yağı sən bu gün 19 manata alırsan və bu səndə 8 faizlik inflyasiya yaradır. Yəni bu belə deyil. Biz alıcıya qiymət əmələgəlmə prosesi nədən baş verir, ən çox hansı hallara təsir edir kimi suallara cavabı başa sala bilmərik”.

Ekspert qeyd edir ki, yuxarıda sadalananlar məhsulun, xidmətin ərsəyə gəlməsində çəkilən xərclərin maya dəyərinin miqdarından əmələ gəlir:

“Azərbaycanlı sahibkar xarici ölkədən hər hansı bir qida məhsulu, deyək ki, yağ gətirirsə, dünən onu 6 dollara alırdısa, bu gün 11 dollara alır və gömrük, daşınma, əməkhaqqı prosesi, satınalma, kommunal xərclərdə və bir çox məsələlərdə daha çox vəsait ödəyirsə, təbii ki, bu məhsulun qiyməti artıq 6 ay bundan öncəki qiymət olmayacaq. Biz bununla bağlı həll yolu tapmalıyıq ki, yeni artırdığımız, əməkhaqqına əlavə etdiyimiz artım əhalinin həyat səviyyəsinə müsbət təsirini göstərsin. Yəni biz birini digərindən ayırmalıyıq”. 

Asif İbrahimov qeyd edir ki, hər il infilyasiya hesabatların hazırlanmasında əsas göstərici olur:

“Məsələn, kreditlərin, ipotekaların verilməsində bir çox aparıcı təşkilatların iqtisadi vəziyyətlə verdiyi hesabatlarda inflyasiya əmsalı hər zaman ön plana çıxarılırdı. Amma bəzi banklar hesablamaqda çətinlik çəkirlər. Bu baxımdan artıq inflyasiya ilə onu uzlaşdırmamağı tövsiyə edirik. Mənim bir mütəxəssis kimi demək istədiyim odur ki, biz bahalaşmaya qarşı tədbirlər görməliyik və lazımdırsa bununla bağlı təşviqedici addımlar atmalıyıq. İstər qanunvericilikdə, istər praktikada bununla bağlı müəyyən işlər görməliyik ki, Azərbaycan vətəndaşının 10 faizlik artımla həyat səviyyəsi yaxşılaşsın. Nədəsə balansın yaradılıb-yaradılmaması ümidinə qalmasın”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin