BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
25306

Azərbaycanda dövlətə məxsus sosial fondların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi, onların maliyyə imkanlarının genişləndirilməsi məqsədi ilə investisiya layihələrində iştirakı təklif olunur.

Bu təkliflərlə Milli Məclisin ötən gün keçirilmiş plenar iclasında deputat Musa Quliyev çıxış edib.

Bəs qeyd olunan fondlar hansı sahələrə yatırım edə bilər? "Report" məsələni ekspertlərlə müzakirə edib.

"Azərbaycanda investisiya dərəcəli şirkətlər yoxdur"

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, inkişaf etmiş ölkələrdə dövlət fondları əsasən invesitiya dərəcəsinə malik şirkətlərin səhm və istiqrazlarına yatırım edirlər, Azərbaycanda isə bu cür şirkətlər yoxdur: "Odur ki, sosial fondlar öz resurslarını dövlət qiymətli kağızlarına yönəldə bilər. Bununla belə, dövlətin zəmanət verdiyi müəyyən layihələrə yatırım etmək barədə düşünmək olar. Həmin layihələr isə Cənub Qaz Dəhlizi, Bakı-Tibilisi-Qars dəmir yolu xətti kimi layihələr ola bilar. Dövlət onsuz da bu layihələrə resurs cəlb edir. Bunlara yatırım etmək olar ki, risk səviyyəsi aşağı olsun. Və yaxud Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Asiya İnkişaf Bankının iştirak etdiyi və yaxud zəmanət verdiyi layihələrə pul qoymaq olar. Amma hansısa investisiya dərəcəsi olmayan şirkətə yatırmaq etmək olmaz. Bunun üçün kapital bazarı inkişaf etməli, yerli şirkətlər investisiya reytinqi əldə edərək etibar qazanmalıdırlar".

"Ən yaxşısı SOCAR-ın investisiya layihələridir"

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli isə deyir ki, Azərbaycanda sosial fondların yatırım etməsi üçün ən əlverişli variant Dövlət Neft Şirkətinin (SOCAR) investisiya layihələri ola bilər: "Bizdə bazar münasibətləri, qiymətli kağızlar bazarı tam formalaşmayıb. Bu sahədə təcrübəmiz də azdır. Ona görə də bu resurslar üçün ən önəmli və sabit istiqamət SOCAR-ın layihələridir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə də geniş fəaliyyət imkanlarımız olacaq. Bu barədə dövlət proqramı da qəbul olunub, həmin ərazilərdə geniş investisiya layihələrinin icrası nəzərdə tutulub. Dövlətin zəmanəti ilə həmin investisiya proqramlarında DSMF-nin və yaxud İSF-nin vəsaitlərindən istifadə etmək olar. Yaxşı olar ki, həmin vəsaitlər qeyri-neft sektorunun inkişafına da yönəldilsin. Amma hələ ki, Azərbaycanda elə bir sabit sahə yoxdur ki, gələcəkdə həmin vəsaitlərin bu sahəyə yönəldilməsi nəzərdə tutulsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin