BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21861

"Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri edilib. Belə ki, bəzi şəxslər bundan sonra pensiya yox, müavinət ala biləcək. O şəxslər kimlərdir? Bu proses bundan sonra necə həyata keçiriləcək?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, pensiya almaq üçün müəyyən şərtlər mövcuddur:

“Bəzi şəxslər ki, pensiya alırlar, onların pensiya hüququ yaranır ki, pensiya alırlar. Bu kimlərdir? Kişilər və qadınların yaşı pensiya yaşına gəlib çatır, yaş həddi hər ikisi üçün fərqlidir. Hal-hazırda kişilər 65, qadınlar isə 63 yaşında pensiyaya çıxırlar. Eyni zamanda, yaşdan əlavə sosial sığorta stajı və yaxud da 34 min 500 manat sosial sığorta kapitalı olmalıdır. Bu 3 şərtin 2-si olduğu halda, vətəndaşın pensiya almaq hüququ yaranır”.

Millət vəkili bildirdi ki, pensiya almaq hüququ olmayan şəxslər isə dövlətdən müavinət alırlar:

“Kişilərdə yaş gəlib 65-ə çatdı, qadınlarda da 63-ə, amma nə stajı var, nə pensiya kapitalı. Bu yaşda xanımlar və ya kişilər isə dövlətdən 180 manat məbləğində sosial müavinət alırlar. Onlar pensiya kapitalları olmadığına, vaxtında işləmədikləri və əmək stajları olmadığına görə yaşa görə sosial müavinət alırlar. Bu fərq həmişə olub, bundan sonra da olacaq. Yəni pensiya almaq üçün mütləq ya stajın, ya da pensiya kapitalın olmalıdır”.

Musa Quliyev qeyd etdi ki, qanunda edilən dəyişikliyə əsasən bəzi şəxslər həm müavinət, həm də pensiya alacaq:

“Amma sizin dediyiniz məsələ başqadır. Qanunun 8-ci maddəsinə olunan dəyişiklərlə bağlıdır ki, ailə başçısını itirməyə görə ailə üzvlərinə pensiya verilirdisə və yaxud da onların müavinət hüququ var idisə, onlara müavinət verilmirdi, yalnız pensiya verilirdi. İndi isə həm müavinət, həm də pensiya almaq imkanları yaranacaq. Bu 8-ci maddədə olan dəyişiklərlə əlaqədardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti açıqlandı - “Fitch Ratings"

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti açıqlandı - “Fitch Ratings"

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin