BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21357

“Pensiyalarla bağlı dəyişiklik vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər barədə Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Musa müəllim, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin mahiyyəti nədən ibarətdir və siz bunu necə qiymətləndirirsiniz?

- Pensiya təminatı sahəsində aparılan islahatlar Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi dərin islahatların mühüm tərkib hissəsidir. 2019-cu ildən bəri əmək pensiyaları və sosial müavinətlər sahəsində 200-dən çox qanunvericilik aktına əlavə və dəyişikliklər edilib, yeni qanunverici normativ sənədlər qəbul olunub.

Hazırda Milli Məclisdə müzakirəsi aparılan “Əmək pensiyaları haqqında” qanuna növbəti dəyişikliklər də pensiya sistemində aparılan islahatların tərkib hissəsi kimi əhəmiyyətlidir. Dəyişikliklərdə məqsəd vətəndaşların pensiya təminatının yaxşılaşdırılması, pensiyaya çıxma şərtlərinin yumşaldılması, şəffaflığın təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması və pensiya təminatında sosial sığorta prinsiplərinin daha geniş şəkildə tətbiq olunması, eyni zamanda, bəzi kateqoriya üzrə vətəndaşlarımızın güzəştli pensiyaya çıxma şərtlərinin yumşaldılması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 10 maddəsinə 43 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən bəziləri redaktə xarakterli dəyişikliklərdir. Bəziləri yeni anlayışların tətbiqi ilə əlaqədardır. Bir çoxları isə mahiyyət etibarı ilə vətəndaşın pensiya təminatını yaxşılaşdıran dəyişikliklərdir.

- Yeni təkliflərə əsasən uşaqlara görə verilən pensiyalarda hansı dəyişikliklər olacaq?

- İlk növbədə uşaqlara görə pensiyanın verilməsi şərtləri yumşaldılır və genişləndirilir. Mövcud qanuna görə beş və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar, eyni zamanda beş və daha çox uşağı qəyyumluğa götürən atalar, yaxud beş və daha artıq uşağı, ana vəfat edərsə, yaxud boşanarsa, saxlayan atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. Sağlamlıq imkanı məhdud uşaqları böyüdən atalara və analara da bu güzəştlər şamil olunacaq.

- Hərbçilərin pensiyası ilə bağlı dəyişikliklərin olacağı bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, hərbi qulluqçuların pensiya təminatında da müsbət istiqamətdə dəyişikliklər olacaq. Belə ki, mövcud qanunvericiliyə görə, hərbi qulluqçu pensiyaya çıxdıqdan sonra onun pensiyasının yenidən hesablanması, yaxud artırılması imkanları mövcud deyil. Dəyişiklikdən sonra hərbi qulluqçu pensiyaya çıxdıqdan sonra da yenidən hərbi xidmətə qayıdıb, xidmətə davam edərsə, yaxud məhkəmənin hökmü ilə yenidən əvvəlki işinə bərpa olunarsa, hərbi xidmətini davam etdirərkən dünyasını dəyişərsə, onun pensiyasının yenidən hesablanıb, artırılıb pensiya hüququ olan ailə üzvlərinə verilməsi imkanı yaradılacaq.

- Bəs ailə başçılarının itirilməsinə görə yenilik nədən ibarətdir?

- Bəli, mühüm dəyişikliklərdən biri ailə başçısının itirilməsinə görə pensiya verilməsi şərtlərinin yaxşılaşdırılmasıdır. Belə ki, mövcud qanunvericiliyə görə, ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan ailə üzvləri arasında mövcud pensiyalar bölüşdürülür. Ananın həyat yoldaşını itirməsi halında sosial pensiya almaq hüququ yaranırdısa, o halda ana pensiya ala bilmirdi, yaxud ailə başçısını itirməyə görə sosial pensiya ala bilərdi. İndi isə həm sosial pensiya ala biləcək, həm də ailə başçısının itirilməsinə görə pensiya digər övladlar arasında bölünərək heç bir azalma müşahidə olunmayacaq.

- Güzəştli şərtlərlə pensiyaya çıxan işçilərlə bağlı yeniliklər nədən ibarətdir?  

- Əlbəttə, pensiya şərtlərinin yumşaldılması güzəştli şərtlərlə pensiyaya çıxan bəzi kateqoriyalı işçilərin pensiyası ilə bağlıdır. Belə ki, mülki aviasiya sahəsində, ağır iş şəraitində çalışanlar pensiyaya çıxarkən onlar üçün həm pensiya kapitalı tələbatı, həm də 25 illik staj tələbi, eyni zamanda yaş tələbi var idi. Bir sıra hallarda bu insanlar həmin yaş müddətində pensiya kapitalı toplaya bilmirdilər. Stajı toplaya bilmədiklərinə görə müvafiq şəraitdə lazımi pensiyanı ala bilmirdilər. İndi bu tələblər də aradan qaldırılır. 50 yaşına çatanda həmin şəxslər pensiya ala biləcəklər.

- Digər vacib məqam pensiya növünün seçilməsi ilə əlaqədardır. Pensiya növündən digər bir pensiya növünə keçid necə mümkün olacaq?

- Mühüm dəyişikliklərdən biri də əmək pensiyasından əlilliyə görə pensiyaya, yaxud əlilliyə görə pensiyadan əmək pensiyasına keçmək arasındakı məhdudiyyətin qaldırılmasıdır. Bu da vətəndaşa imkan verəcək ki, hansı pensiya daha çox məbləğ təşkil edirsə, o pensiya növünü seçmiş olsun. Bütövlükdə götürüləndə dəyişikliklər pozitivdir. Hamısı vətəndaşın sosial vəziyyətini yaxşılaşdıran dəyişikliklərdir. Bəzi hallarda isə qadın və kişilərin güzəştli şərtlərlə pensiyaya çıxdıqda yaşının bərabərləşdirilməsi halları var ki, bu da bizim ümumiyyətlə qəbul etdiyimiz 2017-ci ildə pensiya haqqında qanunda qadın və kişilərin eyni yaşda pensiyaya çıxmaq tələbi ilə uyğunlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin