Sosial
28.02.2022 / 17:16
Azərbaycanlılar Rusiyanı tərk edə bilərmi? - Ekspert
20222
"Düşünmürəm ki, Rusiyadan Azərbaycana kütləvi axın olsun. Hər halda müvəqqəti fəaliyyət göstərən azərbaycanlılar Rusiyanı tərk etməli olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov əgər Rusiyada vəziyyət gərginləşərsə, orada yaşayan qeyri-qanuni miqrantların Azərbaycana qayıdıb-qayıtmayacağına aydınlıq gətirərkən deyib. Onun fikirinicə, Rusiyanın daxilində eyni zamanda siyasi vəziyyət də gərginləşəcək:
"Bu da azərbaycanlılar üçün müəyyən problemlər yarada bilər. Müəllətçi qüvvələr baş qaldıra və azərbaycanlılara qarşı müəyyən təzyiqlər ola bilər. Hesab edirəm ki, Rusiyadan Azərbaycana axın olacaq”.
Vahid Məhərrəmli Rusiyada azərbaycanlıların sayının çox olduğunu vurğulayıb:
"Rusiyanın statistikasına baxsaq, orada təxminən 2 milyona yaxın soydaşımız yaşayır. Bu da az rəqəm deyil. Həmin adamlar uzun müddərdir Rusiyada məskunlaşıb öz bizneslərini, yaşayış tərzlərini qurublar. Bəziləri ailə üzvlərini də aparıb, orada məktəbə göndərir, bir sözlə oturuşublar. İndiki halda Rusiya iqtisadiyyatı çökür. Bu, bir başa onların bisnesinə təsir edəcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay